Icma.az
close
up
RU
Ofsayd olduğunu biləndə məyus oldum Rəşad Sadıqov

Ofsayd olduğunu biləndə məyus oldum Rəşad Sadıqov

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov

"Olduqca stressli oyun keçdi. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi, lakin sonra rəqib riskə getdiyi üçün biz daha çox müdafiədən oynamağa başladıq. Layiqli mübarizə aparan futbolçularımı təbrik edirəm".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunda 1/2 finalın cavab görüşləri çərçivəsində "Turan Tovuz"la baş tutan matçdan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi "Turan Tovuz"un ən güclü silahına qarşı uğurlu müdafiə olunduqlarını bildirib: 

"Bunun hansısa xüsusi sirri yoxdur. Bu gün sadəcə uğurlu alındı. Çempionatda növbəti turda yenə bu rəqiblə qarşılaşacağıq və həmin vaxt nələrin baş verəcəyini indidən bilmək olmaz".

Mütəxəssis ilk oyundakı müzakirə yaradan epizodların penalti olduğunu etiraf edib: 

"Təbii olaraq müəyyən basqı yaradır. Biz də başa düşürük ki, bəzən bu iradlar haqlı olur. Başa düşürük ki, avrokuboklar uğrunda gərgin mübarizə gedir. Ola bilsin hakimlər və rəqib üzərində basqı yaratmaqdan ötrü taktiki gedişatlar olur. Epizodlara gəldikdə, sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi görünür. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. 

Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod "İmişli" - "Qəbələ" oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. "Qarabağ"la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir. Hər iki komanda finala layiq idi. Birinci oyunda yaxşı fürsətlərimiz oldu, istifadə etdik. "Turan Tovuz" da finala layiq idi. Biz daha şanslı olduq".

R. Sadıqov finaldakı potensial rəqib ("Qarabağ" və ya "Sabah") seçimi ilə bağlı sualı belə cavablandırıb: 

"Elə cütlükdür ki, oradan kimisə özünə arzulamırsan. İmkan olsa, ikisi ilə də oynamazsan (gülür). "Qarabağ"ın böyük təcrübəsi var, "Sabah" isə çempionluğa oynayır. İndidən kimisə arzualamaq olmur".

Mütəxəssis rəqib klubun rəhbəri Ehtiram Quliyevin sözlərindən məyus olduğunu gizlətməyib: 

"O açıqlama məni çox məyus etdi. Məsələ hakimi tənqid etməkdən getmir, mənim də penaltim verilməsəydi tənqid edərdim. Amma orada bəzi ifadələr var ki, çox emosionaldır və məyusedicidir".

Baş məşqçi Tovuz klubunun karyerasındakı xüsusi yerini xatırladıb: 

"Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, "Turan"a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, "Şəfa"da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, "Turan"da oynayacağam. Şəhəri də, azarkeşləri də çox sevmişdim. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə "Turan"dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar. "Şamaxı" - "Turan Tovuz" oyununda 75-ci dəqiqədə epizod var idi. Oyunu tribunada izləyirdim. Orada "Turan Tovuz" rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. "Şamaxı" rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişəm. "Turan Tovuz" azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmüdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevinmşəm. Halbuki "Şamaxı" rəhbərliyinə də dedim ki, penalti deyil. "Turan Tovuz"un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu "Turan Tovuz" azarkeşlərinə o formada kim çatdırıb. Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Bir çoxları məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Oyunlara tez-tez gedirəm, stadionda izləmək daha maraqlı gəlir. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verir. Stadiona zövq almağa gedirəm. Qəlblərində bilsinlər ki, "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Həmişə komanda ilə maraqlanmışıq. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir".

Rəşad Sadıqov yerli oyunçuların uğuru balanslaşdıra bilməməsi məsələinə də toxunub: 

"Vaxtı ilə bəlkə məndə də xətalar olub, ona görə kiminsə səhvi haqqında danışmağım düzgün olmaz. Çox istəyərdim ki, yerli oyunçular daha intizamlı olsunlar. Çempionlar Liqasında uğur qazanmaq asan deyil, amma məşhurlaşdıqca bunu düzgün balanslaşdırmaq lazımdır, yoxsa fəsadlar olacaq".

Rəşad Sadıqov son oyunlarda hakim qərarlarının komandanın xeyrinə olması ilə bağlı yaranan ictimai rəyə və bunun onu narahat edib-etməməsinə dair suala səmimi cavab verib:

"Əsas etiraz "Turan Tovuz"la kubok oyununda oldu. Bir də "Neftçi" ilə matçda. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. "Neftçi"yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum".(sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Aprel 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri