Icma.az
close
up
RU
Ögey qardaşı adına bahalı maşın aldı, kredit borcunu ödəmir... MASAZIR SAKİNİ QARDAŞINDAN ŞİKAYƏTÇİDİR

Ögey qardaşı adına bahalı maşın aldı, kredit borcunu ödəmir... MASAZIR SAKİNİ QARDAŞINDAN ŞİKAYƏTÇİDİR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olan Əhmədli Əhməd Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, Əhmədli Əhməd Əhməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

41 yaşım var. İndiyə kimi 1150 manat kredit borcumdan başqa, heç kəsə borcum olmayıb. İldırım Əhmədov mənim ögey qardaşımdır. 2013-cü ildə kredit yolu ilə mənim adıma 23 min 500 dollara “Hyundai Grandaur” markalı maşın alıb. Təbii olaraq, sahibi olduğu üçün maşını da hər zaman o -  qarşdaşım İldırım Əhmədov sürüb. Bir müddət sonra o, kredit borcunu ödəmədi. Mən ona dedim ki, maşının pulunu ödəməsən, məni tutacaqlar. Dedi ki, səni niyə tuturlarlar, uzaqbaşı maşınımı əlimdən alarlar!

Qeyd edim ki, qardaşım yüksək vəzifələrdə işləyib.

2017-ci ildə polis rəisi Etibar Qazıbəyovun əmisi oğlu mənə dedi ki, sənədlərini hazırla, səni “parkovşik” işinə düzəldək. Bunun üçün öncə “ASAN Xidmət”dən məhkum olunmadığına dair sənəd almalısan. Mən “ASAN Xidmət”ə getdim. Orada ad və soyadımı görən əməkdaş polisə zəng edib bildirdi ki, axtarışda olan insan burdadır.

Polislər məni ilk öncə “ASAN Xidmət”in təhlükəsizlik şöbəsi rəisinin yanına, sonra isə bölməyə apardılar. Atama ordan zəng etdim. Dedim ki, İldırımın maşınına görə məni məhkəməyə aparırlar. Atam İldırıma zəng edib ki, qardaşını məhkəmədən çıxar. Bundan sonra İldırım məni buraxdırdı. 

Qeyd edim ki, sonra mən SOCAR-da işə düzəldim. Maaşımın 50 faizi qardaşımn maşınına görə tutuldu. Amma nə qədər pul tutulurdusa, qardaşım mənə göndərirdi. Sonra mən ərizə yazıb işdən ayrıldım. Hal-hazırda işsizəm.

Keçən ilin sentyabrında qardaşım mənə dedi ki, görüşək, amma bu haqda heç kəsə heç nə demə. Əlavə etdi ki, qardaşın kimi, sənə hər ay 100-120 manat xərclik pulu da verəcəm, maşın üçün də 200 manat ödəyəcəyəm. Yanvarın 27-də bacımın toyu oldu. Qardaşım sentybardan yanvar ayına kimi mənə hər ay 100-120 manat pul verirdi. Yanvardan sonra bir qəpik də olsun pul göndərmədi. Təkcə may ayında 120 manat pul verib.

Avqust ayında mənə dedi ki, atan da, anan da ölüb, maşını mənim üçün aldığını kimə sübut edəcəksən?! Məsələ burasındadır ki, bir iş də tapa bilmirəm ki, gedim başımı aşağı salıb işləyim. Tapdığım işdə işləməyə də İldırım imkan vermir”.

Hürriyyət

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri