Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib gəlmədiyini bilmirəm
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur.
Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib.
Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:
"Ona görə də bilmirəm ki, Çimnazın oğlu anasının məzarını ziyarət edib, yoxsa etməyib. Bildiyim odur ki, o, hələ də Almaniyada təhsil alır".
Sonaxanım Əliyeva qeyd edib ki, imkan olduqca Çimnaz Sultanovanın məzarını ziyarət edir:
"Çimnazı heç vaxt unutmaram. Ara-sıra onun məzarını ziyarət edirəm. Düzdür, hər zaman məzarlığa getməyə vaxt olmur. Amma bayram günlərində və ya qəbiristanlığa yolum düşəndə mütləq onun məzarını ziyarət edirəm".
Xatırladaq ki, aktrisa Çimnaz Sultanova uzun sürən xəstəlikdən sonra 2025-ci il yanvarın 15-də vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 07 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















