Icma.az
close
up
RU
Oğlu ilə birgə ali təhsil alan jurnalist: İmtahana ovladlarımla hazırlaşıram

Oğlu ilə birgə ali təhsil alan jurnalist: İmtahana ovladlarımla hazırlaşıram

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 2024-cü ildə ali məktəblərə keçirilimiş qəbul imtahanları nəticəsində tələbə adını qazanıb. Maraqlıdır ki, ötən il onun oğlu da ali məktəbə qəbul olunub. Beləcə, ata-bala eyni vaxtda tələbə statusuna yiyələniblər. Bu, Elməddin Muradlının ikinci, oğlu Turqut Muradlının isə ilk tələbəliyidir.
Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olunub.
Elməddin Muradlı isə Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat texnologiyaları ixtisasında təhsil almaq hüququ qazanıb.
Bəs 40 yaşını çoxdan geridə qoyan baş redaktorun təhsil sahəsində işləri necə gedir?
“Keçən semestrdə dərslərimiz dekabr ayında oldu, yanvarda da imtahanlarımızı verdik”.

Bunu Elməddin Muradlı Modern.az-ın əməkdaşı ilə söhbətində deyib.

Onun sözlərinə görə, imtahanlar kamera qarşısında düzgün cavablar tələb edilərək götürülüb:

“4 imtahanın hər birindən "əla" qiymət almışam. İlk imtahanlarım sırf ixtisasla bağlı olduğu üçün çox da çətinlik çəkmədim. İmtahanlardan 3-ü ixtisasdan, 1-i isə ingilis dilindən idi. İngilis dilinə də mənim marağım var, ötən il də bir neçə aylıq kursa getmişdim. Ondan əvvəlki dövrlərdə də kursa getmişəm, orta məktəbdən qalan biliklər də mənə imtahana hazırlaşmaqda kömək etdi. Eyni zamanda müəllimin yaxşı izahı da kömək oldu. Ondan əlavə də evdə orta məktəbdə və universitetdə təhsil alan övladlarım var. Onlar ingilis dilini yaxşı bilir, elə imtahandan əvvəl oğullarımla birlikdə hazırlaşdım. Bir az uşaqların dəstəyi, bir az da öz biliklərimlə yaxşı nəticə göstərdim. Müəllimin bir sözünü heç unutmaram, dedi ki, “oxuyan tələbə dərhal bilinir”. Hər halda belə yadında qalmışamsa, bu çox xoşdur”.


Müsahibimiz bildirib ki, Azərbaycan Texniki Universiteti yaxşı bir ənənənin əsasını qoyub:


“Sonradan tələbələrlə əlaqə saxlayırlar. Hansısa narazılıqları olub-olmadığını, səbəbləri soruşurlar. Məndən də soruşulanda öz fikirlərimi dedim. Müəllimlərimlə də dost olmağa çalışdım. Qasım müəllim, Məmməd müəllim, Nicat müəllim öz işlərinin öhdəsindən layiqincə gəldilər. Dərs prosesində də yaxşı ünsiyyət yaranır. Gündəmdə olan nəqliyyat-logistika məsələləri ilə bağlı müzakirələr aparırıq. Hər bir halda mənim üçün çox xoş oldu ki, belə bir addımı atıb ikinci ali təhsili alıram. Atdığım atdıma görə özümü təqdir edirəm. Nəqliyyat-logistika məsələləri çox aktualdır. Dərs prosesində mənim bilmədiyim məqamlar var ki, bunları da tamamlasam, inşallah dövlətimizə, xalqımıza, ölkəmizə daha böyük faydalar verə biləcəm”.
E.Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan oğlu Turqutun da işlərinin yaxşı getdiyini, semestr imtahanlarını kəsirsiz verdiyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri