Oğlu öldü, Hollivudu tərk edir…
Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Keçmiş model Sindi Krouford və həyat yoldaşı Rendi Gerber 27 yaşlı oğulları Preslinin ölümündən sonra Hollivudu həmişəlik tərk etmək barədə ciddi düşünürlər.
OLAY yazır ki, bu barədə insayderlər məlumat verib. Məlumata görə, cütlük Los-Ancelesi tərk etməyi düşünür. Onlar Hollivud ərazisində yaşayırlar. Ailənin çoxdankı dostu, aktyor Corc Kluni də köçmək ideyasını dəstəkləyib.
“Məgər onlar heç nə baş verməmiş kimi Los-Ancelesdə yaşamağa davam edə bilərlər? Heç kim onların düşünülməmiş qərarlar verməsini istəmir, amma Preslinin ölümü onların dünyasını alt-üst edib” deyə mənbə bildirib.
Xatırladaq ki, 20 sentyabrda 60 yaşlı supermodel Sindi Krouford və Rendi Gerberin oğlu Presli Gerber vəfat edib. Los-Ancelesdəki reabilitasiya mərkəzində dünyasını dəyişən Preslinin ölümünün ilkin səbəbi kimi qadağan olunmuş maddələrin həddindən artıq qəbulu göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















