Icma.az
close
up
RU
“Oğlum orda oynayıb, bu kluba hörmətim var” Vernidub

“Oğlum orda oynayıb, bu kluba hörmətim var” Vernidub

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”a(0:4) qarşı keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” baş məşqçinin cavablarını təqdim edir:

- Sizdən öncəki məşqçilər Roman Qriqorçuk, Samir Abasov komandanın fiziki durumundan şikayətlənirdi. Bu gün isə komandada həm oyun intizamı var idi, həm də yüksək pressinq. Demək olar ki, qışda daha çox fiziki durum üzərində işləmisiz? Bu yöndə enişin yaşanmaq təhlükəsi var, yoxsa mövsümün sonuna qədər bu fiziki durumu saxlaya biləcəksiz?

 - Əvvəldən istəyim o olmuşdu ki, bu performansımız bir oyunluq olmasın, hər matçda belə olaq. Çünki futbolçularım bunu edə bilərlər. Fiziki vəziyyətə gəldikdə, daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var. Çünki komandanın fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirərlər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdi, onlar yox idi. Heç bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular, digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün - bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.

 – “Zirə” ilə ötən turda edə bilmədiyiniz nələri bu gün etdiz? O matçı analiz edəndə, futbolçulardan bu gün nəyi etməli olduqlarını tələb etdiniz?

- Demişdim ki, “Zirə” ilə oyun çətin idi. Düşünmürəm ki, “Zirə” ilə oyuna hazır deyildik. Orada psixoloji durum faktoru rol oynadı. Yoldaşlıq matçlarında gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçuların hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacam.

- Freddi Varqasın zədisi nə dərəcədə ciddidir?

- Dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid etmək istəyirəm ki, hər şey yaxşı olacaq.

- Azərbaycanlı futbolçular rəqabətə görə çox da oynamırlar. Onların icarəyə yollanmasına icazə verəcəksiz?

- Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.

- Yəqin ki, “Qəbələ” sizin üçün doğma klubdur. Bu klubda oğlunuz möhtəşəm heyətin üzvü olub. Oyun haqda nə düşünürsüz?

- Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq.

- Həm Andrey Ştoqrin, həm də Murad Məmmədov 90 dəqiqə oynamır. Bu, onların funksional hazırlığının 90 dəqiqə hazır olmamasını göstərir, yoxsa necə?

- Ştoqrin oyunun gedişində dizindən zərbə oldu. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar. Abubakar və Kurçi qol vurdu, gözəl, super.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Fevral 2026 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri