Icma.az
close
up
RU
Oğlum özünü asmayıb, onu işgəncə ilə öldürüblər Goranboy sakini övladının hərbi xidmətdə qətlə yetirildiyini iddia edir

Oğlum özünü asmayıb, onu işgəncə ilə öldürüblər Goranboy sakini övladının hərbi xidmətdə qətlə yetirildiyini iddia edir

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboy rayonu, Kələk kənd sakini Süleymanova Tamilə Çingiz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edir:

"Hörmətli Prezident!

Hörmətli Zakir Həsənov!

Mən, Süleymanova Tamilə Çingiz qızı, yazaraq Sizdən xahiş edirəm ki, qətlə yetirilən oğlum Hüseynov Anar Yolçu oğlunun qanının batmasına imkan verməyəsiniz. Bunu Sizlərdən bir ana kim xahiş edirəm.

Bildirim ki, oğlumu 2024-cü il aprel ayının 1-də hərbi xidmətə yola saldıq. 3 ay Gəncə şəhərində xidmət etdi. 3 aydan sonra isə Şuşa şəhərindəki N saylı hərbi hissəyə göndərildi.

Şuşaya gedəndən sonra dəfələrlə zəng vurub, evdən pul istəyirdi. Bir-iki dəfə göndərdim, sonra gücüm çatmadı. Pul göndərə bilmədiyimə görə, oğlum dəfələrlə orada təhqir olunub, təzyiqlərə məruz qalıb.

Noyabr ayının 4-nə kimi oğlumu döyərək, ağır işgəncələr veriblər. Noyabr ayının 6-da səhər tezdən zəng vuraraq bildirdilər ki, oğlun özünü asıb. Dünyam başıma yıxıldı... 

Cənab Prezident!

Cənab Zakir Həsənov!

Oğlum özünü asmayıb, onu işgəncə ilə öldürüblər. İndi isə heç bir qurum şikayətimə baxmır. Bu günə kimi oğlumun ölüm kağızını da ala bilməmişəm, vermirlər. Məhkəmə belə, olmayıb.

Mən Sizdən kömək istəyirəm, yalvarıram, oğlumu qətlə yetirənlər tapılıb cəzalandırılsın". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Aprel 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see129

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri