Icma.az
close
up
RU
OĞRU MƏMUR TOXUNULMAZLIĞI... Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı?

OĞRU MƏMUR TOXUNULMAZLIĞI... Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3-5 gündən bir mətbuatda bu cür xəbərlərə rast gəlirik: borcu olan 137 nəfər saxlanıldı; borcu olan 50 nəfər saxlanıldı; borcu olan daha 30 nəfər saxlanıldı və sair. Bu adamlar əsasən banklara, kredit təşkilatlarına borcu, aliment borcu, vergi və digər borcları olan, bu borcları ödəyə bilməyən sadə, imkansız, sıravi vətəndaşlardır.

Yaxud, son zamanlar öz(!) meyvə-tərəvəzini xarici ölkələrə çıxarıb satan, lakin əldə etdiyi öz(!) pulunu ölkəyə qaytarmayan fermerlərin kütləvi həbsinə dair rəsmi məlumatlar yayılır. Qanunvericiliklə doğrudan da, həmin vəsaitlər rəsmiləşdirilməli və yalnız gömrük prosedurlarına uyğu şəkildə ölkədən çıxarılmalıdır. Fakt isə budur ki, bu pozuntunu bilərəkdən, yaxud bilmədən edən fermerlər kütləvi olaraq hətta bir neçə minlik meyvə-tərəvəzə görə istintaqa cəlb edilir, həbs olunur, cərimələnir və s. Demək istədiyimiz odur ki, maliyyə nizam-intizamına qəsdən, ya da bilmədən riayət etməyən, banka, alimentə, vergiyə borcunu ödəməkdə çətinlik çəkən vətəndaş “ayağını bir addım sağa-sola qoyan kimi” saxlanılır, həbs olunur, olanı-qalanı müsadirə edilir...

Amma eyni münasibət nədənsə bir çox hallarda dövlət büdcəsini milyonlarla, on milyonlarla, yüz milyonlarla məbləğdə talayan, korrupsiya, rüşvətlə məşğul olan və hətta bu cinayət əməlləri istintaq, məhkəmə tərəfindən sübut olunan, üstəlik bunu özləri də etiraf edən sabiq məmurlara, nazirlərə göstərilmir.


Məsələn, bir neçə gün əvvəl mətbuatda AMEA Prezdenti, akademik İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylinin istintaqa ifadəsi dərc edildi. Məlum oldu ki, akademikin gömrük rəsisi olan oğlu Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 40 milyon dollara yaxın pul çatdırırmış. Hələ bu, boynuna aldığıdır: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.

Bu, üst-üstə 100 milyonlarla dolların təkcə S.Həbibbəylinin sədrliyi dövründə - 3 ildə V.Talıbova ötürülməsi deməkdir. Əlbəttə ki, bundan akademikin oğluna da az pul çatmayıb. Talıbov isə 3 il yox, 1995-ci ildən 2022-ci ilə qədər – 27 il(!) Naxçıvan Ali Məclisinin sədri olub. Hələ bu, təkcə gömrükdən yığılanlardır. Üstəgəl büdcədən talananları, rüşvəti, hüquq-mühafizə orqanlarının yığdıqlarını və s. demirik. Amma yuxarıda qeyd edilən ifadələrə, etiraflara baxmayaraq, bu gün Vasif Talıbov da, Səhət Həbibbəyli də azadlıqda, öz keflərindədir…


Sabiq MTN başçısı Eldar Mahmudovun əsas fiqur olduğu “MTN işi”, sabiq Rabitə naziri Əli Abbasovun baş rolda olduğu “Rabitə işi”, eləcə də sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin, sabiq XİN başçısı Elmar Məmmədyarovun nazirliklərindəki korupsiya faktları ilə bağlı aparılan istintaqlar, həbslər, bu rəhbər şəxslərə qarşı rəsmi ifadələr və s. sonda onunla nəticələndi ki, həmin bu qurumlarda kimlərsə həbs olundu, 3-5 il yatıb çıxdı, kimlərsə müxtəlif məlum yollarla canını həbsdən qurtardı, əsas rəhbər məmurlara isə “gözün üstə qaşın var” deyən olmadı. Həmin adamlar bu gün də öz “kefində-damağındadır”.


Hələ bunlar rəhbərlik etdikləri qurumlarda pis-yaxşı araşdırma aparılanlar, cinayət faktları rəsmən üzə çıxarılanlardır. Bundan əlavə Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, “qaçqınkom” Əli Həsənov, Zakir Qaralov, Ziya Məmmədov, Əhməd Əhmədzadə, Etibar Pirverdiyev, Abid Şərifov və saydıqca sırası bitməyən milyonçu, hətta milyarder sabiq məmurlar var ki, nə barələrində istintaq aparılıb, nə fəaliyyəti yoxlanılıb, nə də varidatlarının mənbəyi soruşulub.

Əvəzində, imkansızlıqdan banka, vergiyə, DSMF-ə borcu olanlar saxlanılır, sorğu-suala çəkilir, hər qəpikləri güdülür, işığa borcu olnın işığı, qaza borcu olanın qazı, suya borcu olanın suyu kəsilir… Qanun tələb edirsə, qoy kəsilsin. Amma bu qanun niyə əhalinin imkansız qisminə tətbiq edilməlidir, yüksək məmur təbəqəsi isə bundan yayınmalıdır? Bu nə ayrıseçkilikdir, nəyin siqnalı, ismarıcıdır?

Bundan çoxları, o cümlədən bugünkü gənclik belə nəticə çıxarır ki, daha böyük, iri miqyaslı oğru olmalısan ki, həbs edilməyəsən, böyük oğrusansa azadlıqda və kefdə, xırda-para borcu olub, bunu ödəyə bilməyən balaca adamsansa həbsdə olmalısan! Əgər belə davam edəcəksə, yaxın gələcəkdə hüquqi dövlətə, ədalətə, məhkəmələrə, hüquq-mühafizə orqanlarına və s. inamın bərpası üfüqdə də görünməyəcək...

Cəlal Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri