Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Oğru milyonçuların əlaltısına çevrilən saxta “milyonçular” Hanı o 2 milyon?

Oğru milyonçuların əlaltısına çevrilən saxta “milyonçular” Hanı o 2 milyon?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyinin 2025-ci ilin yanvar–sentyabr dövrü üzrə statistikası göstərir ki, Rusiyada qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cəmi 224 min nəfərdir. Bu rəqəm illərdir radikal müxalifət çevrələrinin tirajladığı “2 milyondan çox azərbaycanlı Rusiyada yaşayır” iddiasını tamamilə təkzib edir. Əslində, bu iddia sadəcə mifdir, faktlarla heç bir əlaqəsi yoxdur və cəmiyyətdə yanlış təsəvvür yaratmaq üçün uzun illər boyunca təkrar olunub.
Əvvəlki rəsmi siyahıyaalmalar da bunu təsdiqləyir. 2010 və 2021-ci illərdə Rusiyada etnik azərbaycanlıların sayı maksimum 600 min, minimum isə 474 min civarında müəyyən edilmişdi. Bu rəqəmlər göstərir ki, Rusiyaya kütləvi axın barədə iddialar əsassızdır və real vəziyyətin təhrif olunmasıdır. 2025-ci ilin 224 minlik rəqəmi isə bu uzunmüddətli manipulyasiyaya nöqtə qoyur.
Radikal müxalifət, xüsusilə Əli Kərimli və onun ideoloji xətti, bu mif üzərində cəmiyyətdə qeyri-sabitlik yaratmaq, dövlətə etimadı sarsıtmaq və insanlarda perspektivsizlik, qorxu və ümidsizlik hissi formalaşdırmaq istəyirdi. Onların iddiasına görə, Rusiyada milyonlarla azərbaycanlı yaşadığı üçün Kreml bu faktordan istifadə edərək Azərbaycana təzyiq göstərə bilərdi. Lakin bu tezis heç vaxt faktlarla təsdiqlənməyib və bu gün rəsmi rəqəmlərlə darmadağın olunur.
Yalan üzərində qurulmuş bu siyasi modelin əsas xüsusiyyəti emosional manipulyasiyadır. İddialar cəmiyyətdə gərginlik yaratmaq üçün xüsusi şəkildə seçilmişdir: guya Rusiyadan gələn pullar ölkənin iqtisadi dayağıdır, guya həyat Azərbaycanda mümkün deyil, guya kütləvi miqrasiya ölkənin sosial strukturunu təhdid edir. Lakin həqiqət göstərir ki, Rusiyada yaşayan azərbaycanlıların böyük hissəsi artıq Rusiya vətəndaşıdır, siyasi aktivlik iddia edilən dərəcədə deyil və onların təsiri Azərbaycan üçün təhlükə təşkil etmir.
Bu mifin çöküşü yalnız rəqəmlərlə bağlı deyil, həm də illərdir davam edən informasiya oyununun ifşasıdır. Sosial baza kimi istifadə olunan “milyonlar” yalnız kağız üzərində var idi. Həqiqət isə onu göstərir ki, radikal müxalifət uydurma məlumatlara əsaslanaraq cəmiyyəti manipulyasiya etməyə çalışıb, lakin faktlar onların planlarını alt-üst edib.
“2 milyon” dezinformasiyasının darmadağın olması radikal müxalifətin özünü “alternativ güc” kimi təqdim etmək kimi gülünc cəhdini də ifşa edir. Alternativ olmaq üçün faktlara əsaslanmaq, cəmiyyətə real perspektiv təklif etmək və məsuliyyətli siyasi davranış göstərmək lazımdır. Bu gün onlar uydurma milyonlarla yox, 224 minlik reallıqla üz-üzədirlər.
Bu hadisə həm də cəmiyyət üçün dərsdir: siyasət yalnız faktlara söykənməlidir. Reallığı qəbul etmək və faktlarla işləmək, həm dövlət, həm cəmiyyət, həm də siyasi subyektlər üçün əsas prinsiplərdən biri olmalıdır. Bu yolu gedənlərin aqibəti isə hər kəsə məlumdur…
Azər Niftiyev
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri