Oğrunu tutmağa çalışan satıcı işdən çıxarıldı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mağazadan oğurluq edən şəxsi saxlamağa cəhd edən işçi işdən çıxarılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi olay Londonda "Waitrose" supermarket şəbəkəsində baş verib.
Belə ki, 54 yaşlı mağaza satıcısı Uoker Smit növbəsi zamanı bir müştərinin mağazadan şokoladlar götürdüyünü görüb. O, müdaxilə etməyə çalışsa da, qısa mübahisə yaranıb, torba cırılıb və məhsullar yerə tökülüb. Şokoladlardan biri qırılıb.
Hadisədən sonra mağaza meneceri Smitə töhmət verib və məsələ rəhbərliyə ötürülüb. Smit bildirib ki, əvvəllər işçilərə oğurluq hallarında müdaxilə etməmək tapşırılıb, lakin davamlı hadisələr onu hərəkətə keçməyə vadar edib.
Şirkət isə açıqlamasında təhlükəsizlik qaydalarına ciddi riayət etdiklərini və əməkdaşların bu qaydalara əməl etməli olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 Aprel 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















