Icma.az
close
up
RU
Oğul anasına xəsarət yetirdi

Oğul anasına xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmir rayonunda ana və oğul arasında baş verən mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 29-da rayonun Xırdapay kəndində yaşayan baş verib. 
Kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Kərimov həmin gün gecə saat 2 radələrində yaşadıqları kənddə yerləşən fərdi yaşayış evində anası Nəcibənin təqaüd pulunu tələbə olan nəvəsi Könülə verməsi səbəbindən aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə yumruq, təpiklə bir neçə dəfə vurub. 
Hadisəni törədən Kərimovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Kərimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Nəcibə ilə münasibəti həmişə yaxşı olub: “Avqustun  28-də, saat 21 radələrində yaşadığımız evdə yemək yeyərkən bir qədər spirtli içki qəbul etdim. Yeməyini yeyəndən sonra evdən çıxaraq getdim. Avqustun 29-da, gecə saat 2 radələrində evə qayıtdım. Həmin vaxtı anama niyə təqaüd pulunu nəvəsi Könülə verdiyini dedim. Bu vaxtı anam yaxşı edərək Könülə təqaüd pulundan verdiyini dedi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı anamı itələdim. O, da pilləkəndən yıxılaraq xəsarət aldı”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərimov 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşayış yeri olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək tapşırılıb. 
Bundan əlavə onun üzərinə cəza çəkmə müddəti ərzində müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin kütləvi tədbirlərdə iştirak etməsi və spirtli içkilər içilən yerə getməsi qadağan olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see254

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see210

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see196

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see191

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see185

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see184

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see184

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see183

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see178

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see163

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see158

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see152

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see151

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see149

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see146

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri