Icma.az
close
up
RU
Oğul bu səbəbdən anasını döydü

Oğul bu səbəbdən anasını döydü

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazax rayonunda 1997-ci il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Lətafətə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif anası Lətafət ilə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı 25 fevral 2024-cü ildə, saat 17 radələrində birgə yaşadıqları Qazax rayonunun kəndində yerləşən evin eyvanında mətbəx kimi istifadə edilən yerdə qəsdən bir neçə dəfə anasının sifət nahiyyəsinə əli ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir: “Şəxsi təsərrüfatımda olan xırdabuynuzlu heyvanları saxlayaraq maddi qazanc əldə edirəm. Qazax rayonunun kəndində mərhum atamın adına olan fərdi yaşayış evində arvadım Leyli, 5 yaşlı uşağım Oğuz və anam Lətafət ilə birlikdə yaşayıram. 2023-cü ilin aprel ayında arvadım Leyli ilə aramızda mütəmadi olaraq baş verən söz mübahisələrimiz  nəticəsində Leyli azyaşlı uşağımızı da götürərək öz atası evinə getdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 25 fevral 2024-cü ildə  Qazax rayonunun kəndindəki evlərinə gəlib: “Həyətdə işləyən anamdan qaynatamgilə gedərək arvadımı gətirməsini xahiş etdim. Lakin anam razılaşmadı. Buna görə aramızda sözlə mübahisə oldu. Oradan evə daxil oldum. Həmin gün, saat 17 radələrində yaşadığımız evin eyvanında mətbəx kimi istifadə edilən yerdə əlim ilə anamın sifət nahiyəsinə vurdum. Sonradan əməlimdən peşman oldum, anamdan üzrxahlıq etdim. Anam mənimlə barışıb”. 
Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vaqif 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində  tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri