Oğuzda maşın ağaca çırpıldı Sürücü və 2 müəllim yaralandı
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Kərimli kənd ərazisində qeydə alınıb.
Belə ki, Oğuz rayon sakini, 1963-cü il təvəllüdlü Şahin Qəzənfər oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Esmira Fikrət qızı Məmmədova və avtomobildə olan daha bir qadın sərnişin xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, qəzada xəsarət alan Esmira Məmmədova və avtomobildə olan qadın sərnişin məktəblərin birində müəllim işləyirlər.
Faktla bağlı araşdırma aparılır.
Seymir Əli
Bu mövzuda digər xəbərlər:Oğuzda maşın ağaca çırpıldı Sürücü və 2 müəllim yaralandı
05 Dekabr 2024 10:34
Oğuzda VAZ ağaca çırpıldı Sürücü xəsarət aldı
06 Noyabr 2024 16:33
Oğuzda avtomobil ağaca çırpıldı 4 nəfər yaralandı
15 İyun 2026 09:24
Oğuzda maşın ağaca çırpıldı 1 nəfər öldü
12 Oktyabr 2025 22:28
Baxış sayı:172
Bu xəbər 05 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















