Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Şimal-qərb bürosuna həmin kəndlərin sakinləri bildiriblər.
Onların sözlərinə görə, ümumilikdə təxminən 900 nəfərin yaşadığı bu iki yaşayış məntəqəsinin əsas problemi Top və Zərrab kəndlərini birləşdirən yolun istifadəyə yararsız vəziyyətə düşməsidir. Sakinlər bildiriblər ki, 5 kilometr uzunluğunda olan yola asfalt örtüyü sonuncu dəfə ötən əsrin 90-cı illərində çəkilib. Zaman keçdikcə dağılan yolda yaranan müxtəlif ölçülü çalalar xüsusilə yağıntılı havalarda avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, nəqliyyat vasitələrinə də ciddi ziyan vurur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Oğuz rayonunun Top və Zərrab kəndlərinə gedən avtomobil yolunun əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib:
"Yolun əsaslı təmirinin investisiya proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, yolun mövcud vəziyyəti nəzərə alınaraq, ilin sonunadək ərazidə cari təmir işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə yolun zəruri hissələrində təmir-bərpa tədbirləri görüləcək".
Baxış sayı:79
Bu xəbər 21 Noyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















