Oğuzun mərkəzi stadionunun acınacaqlı vəziyyəti Sanki zəlzələ baş verib + VİDEO
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanın dilbər guşələrindən olan Oğuz rayonunda bir çox ictimai əhəmiyyətli obyektlər bərbad vəziyyətdədir. Bu sıraya rayonun mərkəzi stadionu da aiddir.
“AzPolitika” xəbər verir ki, artıq bir neçə ildir yerli stadion baxımsızlıq ucbatından darmadağındır. Videodan da göründüyü kimi, ərazi apokalipsisdən, yaxud zəlzələdən sonrakı vəziyyəti xatırladır. Yerli əhalinin narazılığına, şikayətlərinə, müraciətlərinə baxmayaraq, müvafiq orqanlar burada daşı daş üstə qoymayıb. Boş, sahibsiz, baxımsız əraziyə çevrilən stadionun “qara günləri”nin nə zaman bitəcəyini isə bilən yoxdur.
Yeri gəlmişkən, rayon mərkəzinin girəcəyindəki yeni park da baxımsız və bərbad haldadır.
Hər halda, təqdim etdiyimiz bu videogörüntülərə baxan yerli icra hakimiyyəti, eləcə də Gənclər və İdman Nazirliyi və digər müvafiq qurumlar “səmərəli fəaliyyətləri” ilə fəxr edə bilərlər...
E.Qüdrətoğlu
“AzPolitika.info”
Baxış sayı:108
Bu xəbər 04 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















