Icma.az
close
up
RU
Okan Buruk: “Bəlkə də “Qalatasaray”dakı ən çətin günlərimi yaşayıram”

Okan Buruk: “Bəlkə də “Qalatasaray”dakı ən çətin günlərimi yaşayıram”

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Monako"ya qarşı oynanacaq vacib oyun öncəsi II Lui stadionunda media qarşısına çıxıb. Sport24.az xəbər verir ki, Buruk komandanın son dönəmdə həm sıx oyun təqvimi, həm də zədə və cəza problemləri ilə ciddi çətinliklər yaşadığını etiraf edib.

Mütəxəssis ardıcıl matçları eyni futbolçularla oynadıqlarını deyərək heyət darlığının performansa təsir etdiyini vurğulayıb.

Okan Buruk bildirib ki, "Monako" ilə görüş komandanın Çempionlar Liqasındakı taleyini müəyyənləşdirəcək:

"Bu, çox önəmli matçdır. Futbolçularıma tam güvənirəm. Səfərdə alınacaq hər xal dəyərlidir, amma bizim düşüncəmiz yalnız qələbədir".

Məşqçi rəqibin son oyunlarda sistem dəyişiklikləri etdiyini və buna uyğun analiz apardıqlarını qeyd edib. Burukun sözlərinə görə, "Monako"nun heyətində keyfiyyətli futbolçular var və fransız təmsilçisinin müdafiə gücü xüsusi diqqət tələb edir.

Komandanın zədə problemi son günlər Buruku ən çox düşündürən məsələ olub. Jakobsun zədədən sonra tam hazır olmadığını, Sinqonun isə iki mövqedə istifadə edildiyini bildirən məşqçi, bəzi oyunçuları ağrılarla oynatmağa məcbur qaldıqlarını deyib:

"Bəlkə də "Qalatasaray"dakı ən çətin günlərimdir. Müdafiə xəttində tamamilə çarəsiz qaldığınız anlar olur. Bir neçə bölgədə dəyişiklik edə biləcək futbolçumuz belə yoxdur. Dörd gündə bir eyni oyunçularla oynayırıq. Dinlənməli olan futbolçuları dincəldə bilmirik. Jakobs, Berkan və Yunus Akgün ağrılarla oynayır. Risk alırıq, çünki məcburuq".

Təcrübəli çalışdırıcı həmçinin "Monako" stadionunda 2000-ci ildə qazanılan tarixi UEFA Kubokunu xatırladaraq, bu arenanın "Qalatasaray" üçün xüsusi anlam daşıdığını bildirib: "

İnşallah o il olduğu kimi bu dəfə də sevindirici bir axşam yaşayaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri