Okan Buruk: “Bəlkə də “Qalatasaray”dakı ən çətin günlərimi yaşayıram”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Monako”ya qarşı oynanacaq vacib oyun öncəsi II Lui stadionunda media qarşısına çıxıb.
İdman.Biz xəbər verir ki, Buruk komandanın son dönəmdə həm sıx oyun təqvimi, həm də zədə və cəza problemləri ilə ciddi çətinliklər yaşadığını etiraf edib. Mütəxəssis ardıcıl matçları eyni futbolçularla oynadıqlarını deyərək heyət darlığının performansa təsir etdiyini vurğulayıb.
Okan Buruk bildirib ki, “Monako” ilə görüş komandanın Çempionlar Liqasındakı taleyini müəyyənləşdirəcək:
“Bu, çox önəmli matçdır. Futbolçularıma tam güvənirəm. Səfərdə alınacaq hər xal dəyərlidir, amma bizim düşüncəmiz yalnız qələbədir”.
Məşqçi rəqibin son oyunlarda sistem dəyişiklikləri etdiyini və buna uyğun analiz apardıqlarını qeyd edib. Burukun sözlərinə görə, “Monako”nun heyətində keyfiyyətli futbolçular var və fransız təmsilçisinin müdafiə gücü xüsusi diqqət tələb edir.
Komandanın zədə problemi son günlər Buruku ən çox düşündürən məsələ olub. Jakobsun zədədən sonra tam hazır olmadığını, Sinqonun isə iki mövqedə istifadə edildiyini bildirən məşqçi, bəzi oyunçuları ağrılarla oynatmağa məcbur qaldıqlarını deyib:
“Bəlkə də “Qalatasaray”dakı ən çətin günlərimdir. Müdafiə xəttində tamamilə çarəsiz qaldığınız anlar olur. Bir neçə bölgədə dəyişiklik edə biləcək futbolçumuz belə yoxdur. Dörd gündə bir eyni oyunçularla oynayırıq. Dinlənməli olan futbolçuları dincəldə bilmirik. Jakobs, Berkan və Yunus Akgün ağrılarla oynayır. Risk alırıq, çünki məcburuq”.
Təcrübəli çalışdırıcı həmçinin “Monako” stadionunda 2000-ci ildə qazanılan tarixi UEFA Kubokunu xatırladaraq, bu arenanın “Qalatasaray” üçün xüsusi anlam daşıdığını bildirib: “
İnşallah o il olduğu kimi bu dəfə də sevindirici bir axşam yaşayaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 09 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















