Icma.az
close
up
RU
Okan Buruk üçün yubiley oyunu

Okan Buruk üçün yubiley oyunu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

İnamla liderliyini davam etdirən ''Qalatasaray'' Türkiyə çempionatının 33-cü turunda ''Eyüpspor''un qonağı olacaq.

''Football-plus.az'' az xəbər oyun ''Cim-Bom''un çalışdırıcısı Okan Buruk üçün fərqli məna kəsb edəcək. Belə ki, son 2-3 ildə bir sıra önəmli rekordları yeniləyən mütəxəssis məşqçi kimi Türkiyə çempionatında yubiley - 300-cü oyununa çıxacaq!
Peşəkar futbolçu karyerasını 2010-cu ildə başa vuran, daha sonra bir müddət Türkiyə yığmasında baş məşqçi Abdulla Avcının köməkçisi kimi çalışan Buruk müstəqil məşqçi karyerasına 2013-cü ildə ''Elazığspor''da start verib. Daha sonra ''Qaziantepspor'', ''Sivasspor'', ''Akhisar Bələdiyəspor'', ''Çaykur Rizəspor'' və ''İstanbul BŞ''ni çalışdıran Buruk 2022-dən bu yana ''Qalatasaray''ın başındadı.
O, indiyə qədər ''Elazığspor''da 25, ''Qaziantepspor''da 34, ''Sivasspor''da 11, ''Akhisar Belədiyəspor''da 43, ''Çaykur Rizəspor''da 28, ''İstanbul BŞ''də 54 və ''Qalatasaray''da 104 oyun olmaqla elitada məşqçi kimi 299 oyuna çıxıb. O, 7 fərqli klubun başında çıxdığı bu 299 oyundan 159 qələbə, 59 heç-heçə, 81 məğlubiyyətlə ayrılıb. Yəni ''Qalatasaray'' ''Eyüpspor''u məğlub edəcəyi təqdirdə 51 yaşlı mütəxəssis məşqçi kimi çempionatda 300-cü çempionat oyununda 160-cı qələbəsini qazanacaq.
Maraq üçün bildirək ki, bu, turnirin ən yaxşı 3-cü göstəricisi olacaq. Türkiyə çempionatı tarixində ilk 300 matçda yalnız iki məşqçi - Fatih Terim (180) və Mustafa Dənizli (175) Okan Burukdan daha çox qələbə qazanıb. Amma Buruk həm futbolçu, həm də baş məşqçi kimi ümumilikdə Türkiyə çempionatında ən çox çempionluq yaşamış futbol adamı statusundadı. O, futbolçu kimi 7, məşqçi kimi 3 dəfə olmaqla 10 dəfə bu sevinci yaşayıb.
''Qalatasaray''ın bu il də çempionluğa çox yaxın olduğunu nəzərə alsaq, təcrübəli mütəxəssis özünə məxsus rekordu bir qədər də yeniləməyə yaxındı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri