Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Qalatasaray , Okan Buruk və Osimhen üçün tarixi final!

Qalatasaray , Okan Buruk və Osimhen üçün tarixi final!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə kubokunun böyük maraqla gözlənilən final matçı keçirildi.
Qaziantep şəhərində ''Trabzonspor''la ''Qalatasaray'' üz-üzə gəldi. İstanbul nəhəngi favorit statusunu asanlıqla dogruldaraq növbəti dəfə hazırda Türkiyə futbolunda hegemonluq etdiyini göstərdi.
''Cim-Bom'' Barış Alpər Yılmazın erkən qolu ilə fasiləyə üstün yollandı. İkinci hissəyə isə Viktor Osimhen damğa vurdu. Mövsümboyu önəmli qollar vuran nigeriyalı qoleador finalda da səhnəyə çıxdı. Onun dublu sayəsində hesab darmadağın həddinə çatdı və ''sarı-qırmızılar'' 3 cavabsız qolla qalib gəldilər. Osimhen iki rekord birdən yenilədi. O, 39-cu rəsmi oyununda vurduğu qolların sayını 35-ə çatdırdı. Bununla da 26 yaşlı futbolçu 2000/01-də 43 oyuna 34 qol vuran Mario Jardeli geridə qoydu və klub tarixində bir mövsümə ən çox qol vuran əcnəbi futbolçuya çevrildi!
Bundan başqa Osimhen ''Qalatasaray''ın heyətində kubokun finalında iki qol birdən vuran ilk əcnəbi futbolçu oldu. Bu turnirdə onsuz da rəqib tanımayan ''Qalatasaray'' kuboku 19-cu dəfə qazanmaqla öz rekordunu bir qədər də yaxşılaşdırdı. İkinci pillədə qərarlaşan ''Beşiktaş'' bu turniri 11 dəfə qazanıb. 17-ci dəfə həlledici oyunda iştirak edən ''Trabzonspor'' isə ardıcıl 2-ci, ümumilikdə 10-cu dəfə finalda məğlub oldu. Komanda ötən mövsümkü finalda ''Beşiktaş''a uduzmuşdu (2:3). Amma finalda məğlubiyyət sayı baxımından antirekord ''Fənərbaxça''dadı. ''Sarı-lacivərdlilər'' iştirak etdikləri 18 finalın 11-dən üzgün ayrılıblar.
Bundan başqa ''Qalatasaray'' kubokda ardıcıl 8-ci (!) finaldan qalib ayrılmaqla möhtəşəm seriyasını davam etdirdi. Son illərdə bir sıra rekordları yeniləyən Okan Buruk bu dəfə də bəzi mühüm göstəricilərə nail oldu.
Daha öncə ''Akhisarspor''un başında bu titulu qazanan Buruk iki fərqli klubla kuboku qazanan 5-ci məşqçi oldu. Daha öncə bunu Aykut Kocaman (Konyaspor, Fənərbaxça), Necdet Niş (Fənərbaxça, Sakaryaspor), Samet Aybaba (Gənclərbirliyi, Trabzonspor) və Mustafa Dənizli (Qalatasaray, Beşiktaş) bacarmışdı. Ən əsası futbolçu kimi 5, məşqçi kimi 2 dəfə bu turnirdə zəfər yaşayan Buruk kuboku ümumilikdə ən çox (7 dəfə) qazanan futbol adamı kimi Türkiyə futbolu tarixinə düşdü.
Qeyd edək ki, Buruk superliqada da buna bənzər rekordun sahibidi. O, futbolçu kimi 7, məşqçi kimi 3 dəfə olmaqla Türkiyə çempionatını ən çox (10) qazanan futbol adamı statusundadı. Bu rekordunu bu həftəsonu qazanacağı növbəti çempionluqla yeniləyəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri