Okan Burukdan Dibalanın mümkün transferi ilə bağlı açıqlama
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Roma"nın hücumçusu Paulo Dibalanın klubun transfer hədəfi olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az "NTV Spor"a istinadən xəbər verir ki, Yeni il tədbirinə qatılan mütəxəssis jurnalsitlərə müsahibə verib. O, 31 yaşlı futbolçunun mümkün transferi ilə bağlı sualı belə cavablandırıb:
"Transfer dövrü yaxınlaşdıqca belə xəbərlərin ortaya çıxması olduqca normaldır. Gələcək planlar qururuq, heyətimizi gücləndirmək istəyirik, amma hazırda bütün diqqətim "Kayserispor"la matça yönəlib. Bundan sonra transfer işlərinə başlayacağıq".
"Roma"nın baş məşqçisi Klaudio Ranyeri də iki gün əvvəl bu məsələ ilə bağlı danışıb. "Dibalanın başqa prioritetləri varsa, qalmaq istəmirsə, gedə bilər. Amma bu, hər iki tərəfin razılaşmalı olduğu bir şeydir. Mən yalnız burada qalmaqdan məmnun olan oyunçuları istəyirəm. Dibalada bir narahatlıq hiss etməmişəm".
Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Roma"da bütün turnirlərdə 18 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















