Icma.az
close
up
RU
Okeanın o tayından gələn qonaq Tərlanə Yaqubqızı yazır

Okeanın o tayından gələn qonaq Tərlanə Yaqubqızı yazır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugün Beynəlxalq Ana dili günü kimi qeyd olunur və elə bugün ötən həftələrin birində  ürəyimi fərəh hissi ilə dolduran bir görüşdən söz açmaq istədim.

İmtahan sessiyası olduğundan oxucularımız bu günlərdə əsasən öz dərslikləri ilə gəlib milli kitabxanamızda onlar üçün yaradılmış şəraitdən gen- bol yararlanırlar. Bəzən bədii kitab oxumaq istəyən orta yaş təbəqəsinə aid oxucular da bizə müraciət edir. Amma digər günlərə nisbətən elmi ədəbiyyata üz tutanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Elə bu düşüncələrə dalmışdım ki, diqqətimi pillələri şux addımlarla qalxan ucaboylu, sarışın bir cavan oğlan cəlb etdi.  Adətim üzrə oxucunun kitabxanaya bələd olmadığını və ilk dəfə gəldiyini hiss etdiyimdən özüm onu qarşılayıb salamlayaraq nə istədiyini soruşdum.O, ədəb- ərkanla salamımı alıb gəlişinin məqsədini söylədi. Azərbaycan dilində elə səlis, elə gözəl danışırdı ki, onun qonşu Türkiyə vətəndaşı olduğunu zənn etdim. Amma oxucu biletində bizə yabançı olan ad və soyadını görəndə yanıldığımı başa düşdüm. Adı Adrien, soyadı Mercat olan 29 yaşlı bu oğlan demə okeanın o tayından- uzaq Amerikadan bizə təşrif gətiribmiş. Onun gəlişi elmi ezamiyyətlə bağlı idi. ABŞ--ın Nyu Cersi ştatında məşhir Prinston universitetində müəllim kimi fəaliyyət göstərən Adrien Mercat orada Qafqaz və Osmanlı imperiyası tarixindən dərs deyir. Doktorluq işinin mövzusu da elə Tiflis ədəbi mühiti ilə bağlıdır. İmkan daxilində ona mövzusuna uyğun  istifadə edib yararlana biləcəyi ədəbiyyat siyahısını təqdim etdim. Gördüyüm iş mənim peşə borcum olsa da, gənc oğlan mənə dəfələrlə təşəkkür etdi. Bu, öz yerində... Məni bir azərbaycanlı kimi qürurlandıran Adrienin millətimizə, dilimizə, ədəbiyyatımıza və tariximizə olan böyük sevgisi oldu. Danışıq tərzi elə xoşuma gəldi ki. Hər kəlməbaşı "bəli, bəli" deməsi adama çox doğma gəlirdi. Öyrəndim ki, ona bu cür gözəl təlim- tərbiyə verən ziyalı valideynləri işlə əlaqədar müvəqqəti olaraq  Fransada yaşayırlar. Etiraf edim ki, Azərbaycana qəlbən bağlı olan bu cavanın əsli- kökünün bəlkə azərbaycanlı olduğuna da şübhə etdim. Məni qınamayın, öz dilimizi bəyənməyib nitqində yerli- yersiz əcnəbi sözlər işlədən, rus dilini, digər əcnəbi dilləri bilməyən yurddaşlarımıza geridəqalmış kimi baxan neçə adam tanıyıram. Dilimizi harada öyrəndiyi ilə maraqlandım. Adrien cavabında Borçalı bölgəsində yaşayan azərbaycanlı ailəsində iki il qaldığını və dili onlardan öyrəndiyini dedi. Bu yerdə deyiblər: Ustadına bərəkallah! 

Adriendə xoşuma gələn müsbət cəhətlərdən biri də onun yorulmaq bilmədən oxuyub- öyrənmək marağı idi. Ona Azərbaycanın bədnam qonşular tərəfindən başına gətirilən faciələrdən, Xocalı soyqırımından danışdıqca nə qədər kədərləndiyini hiss etdim. Adrien bu mövzuda yazılan kitablarla maraqlandı.

Müasir yazarlardan Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanından söhbət etdiyimiz zaman  gənc həmkarım Sevinc Adrienə əsərin davamı olan

"Alternativ əməliyyat" kitabını hədiyyə etdi. O anda  amerikalı dostumuzun dəniz rəngli gözlərində bir ümman sevinci görməmək mümkün deyildi.

  Sonra tarixi romanlarımızdan söz açdım.  Ona ilk əvvəl tarixçi olaraq  Azərbaycan yazıçılarının  tarixi romanlarını oxumasını tövsiyə etdim. Çox sevindim ki, amerikalı gənc indiyə qədər M.S.Ordubadi, C.Cabbarlı, C.Məmmədquluzadə kimi görkəmli ədiblərimizin əsərlərini oxuyub və mütaliəsini daha da zənginləşdirmək fikrindədir. Mən romanların adını sadaladıqca Adrien onları səliqəli xəttlə dəftərinə qeyd edib hökmən oxuyacağını bildirirdi. Bu arada qeyd edim ki, millikitabxana.az saytı vasitəsilə fondumuzda olan kitabların əksəriyyətini onlayn məsafədən oxumaq mümkündür və bu, çox gözəl, təqdirəlayiq bir haldır.

İş günüm demək olar ki, Adrienlə gözəl məmləkətimiz haqqında maraqlı söhbətdən ibarət oldu. Söhbət əsnasında həm Qarabağı artıq geri qaytaran qalib xalqın nümayəndəsi kimi qürur duyur, həm də  okeanın o tayından yurdumuza qonaq gələn adamın Azərbaycana olan böyük sevgisindən, doğma ana dilimizdə rəvan danışmasından fərəh hissi keçirirdim.

Bu yazımı da ana dilimizə həsr etdiyim şeirlə bitirmək istədim:
Ana dilim, nə şirinsən?
Nə yaxşı ki sən mənimsən.
Dünyanın hər tərəfində,
Hər kəndində, şəhərində
Bu dildə danışan olsa
O yer mənə doğma gələr.
Qınamasın məni dostlar,
Demirəm ki, qürbət  lap vətənə dönər.

Ana dilim,  nə gözəlsən
Nərgiz kimi, lalə kimi.
Elə bil ki,süzülürsən
Daglardan şəlalə kimi.
Toxunmasın sənə yadlar,
Müqəddəssən, təmizsən sən.
Anam kimi, balam kimi
Mənə necə əzizsən sən.

Dədəm Qorqud əmanəti-
Əsrlərdən yadigarsan.
Yaşadırsan bu milləti,
Nə yaxşı ki sən varımsan.
Anamızın laylasıyla,
Nənəmizin duasıyla
Şirinləşib bal olmusan.
Nə yaxşı ki var olmusan.

Sən qoşmam, sən bayatımsan,
Şeirləşən həyatımsan.
Vaqifimlə, Sabirimlə,
Vurğunumla, Cavidimlə,
Neçə gözəl şairimlə,
Neçə böyük ədibimlə
Ürəklərə yol tapmısan,
Zirvələrə ucalmısan.

Varlığısan, kimliyisən
Vətənini sevən kəsin.
Bugün necə sevinməyim?
Qarabagdan gəlir səsin!
Qoy Vətənin hər yerində
Oxunsun dövlət himnimiz!
Yaşasın ana dilimiz,
Yaşasın Vətən dilimiz!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see238

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see203

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see145

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see136

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see131

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see131

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see120

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see118

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see118

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see117

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see115

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see114

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see114

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see114

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri