Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Son arzu Tərlanə Yaqubqızı yazır

Son arzu Tərlanə Yaqubqızı yazır

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən günlərin birində xidməti masamıza Milli Kitabxananın nəzarət bölməsinin əməkdaşı Ülviyyə Nuriyevanın köməyi ilə əli əsalı çox yaşlı bir kişi yaxınlaşdı. Gənc həmkarıma təşəkkür edib  qocaman oxucu ilə tanış oldum. Adı Natiq, soyadı Talıbov.

Yaşı səksən yeddi. Yaşasaydı, atam da bu yaşda olacaqdı. Boy-buxunundan atama oxşatdım, üz cizgilərindən isə rəhmətlik fəlsəfə müəllimimiz Camal Mustafayevə. Amma ağzını açıb şikayətə başlayanda gözümün önünə "Şikayətnamə"nin müəllifi Füzuli babamız gəldi. Söhbətdən məlum oldu ki, Natiq müəllim neçə illərdir ki, alternativ enerji ilə bağlı ixtira edib və patent almaq uğrunda yorulmadan mübarizə aparır. Kişini əslndə bu ixtiradan alacağı yüksək məbləğdə qonorar maraqlandırmırdı, çünki dediyinə görə dövlətdən kifayət qədər yaxşı təqaüd alır. Vaxtilə Moskvada elmi iş müdafiə edib, neçə illər bundan əvvəl qaz təchizatı ilə bağlı dövlət idarəsində çalışıb, o dövrə görə çox yüksək maaş və mükafatlar alıb. Yeganə və bəlkə də son arzusu ixtirasını həyata keçirib xalqa və dövlətə fayda verməkdir. Bəlkə də "Qırxında öyrənən gorunda çalar" məsəli bu məqamda yerinə düşmür.

Axı peyğəmbərimiz də beşikdən qəbir evinə qədər oxumağı buyurub. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Natiq müəllimi qapılarda o qədər süründürüblər ki, gözünü açıb görüb ku, artıq səksən yeddi yaşı var, amma bürokratların laqeydliyi ucbatından hələ də arzusunu reallaşdıra bilmir. Kişinin ürəyi dolu idi. Necə deyərlər, açdı sandığı, tökdü pambığı. İxtirasının səmərəliliyini bəzi üzdəniraq məmurlara sübut etmək üçün məndən bir neçə elmi ədəbiyyat istədi. Yaşının çoxluğunu nəzərə alıb onu əməkdaşı olduğum elmi-biblioqrafiya və elektron informasiya xidməti şöbəsinin oxu zalında əyləşdirib özüm kitablarını sifariş vermək üçün üçüncü mərtəbədə yerləşən elmi zala yollandım. Orada vəziyyəti həmkarlarıma izah edib yardım istədim.

Sağ olsunlar, beş dəqiqənin içərisində sifariş verdiyim kitablar fonddan gətirildi. Qoca həmin kitabların üzünü çıxartmaq istəyəndə elektron resurslardan istifadənin təşkili bölməsinin işçiləri də ona lazımı kömək etdilər. Hər dəfə  Natiq müəllimin mənə ürəklə "qızım" deyə müraciət etməsi, dil-ağız etməsi məni çox kövrəldirdi. Mən öz peşə borcumu yerinə yetirsəm də, bu həssas qoca "haqqını halal et, qızım, səni çox yordum, bütün gününü mənə həsr etdin" deyərək dönə-dönə təşəkkür edirdi. Ayrılıb getmək istəyəndə onun üçün pillələri enməyin necə çətin olduğunu təsəvvür edib yenə də kömək etdim. Qoca alimi foyeyə qədər müşayiət etdim. Qapının çıxışında yadına düşdü ku, taksi sifariş verməlidir. Çətinliklə taksi çagırdı, bir neçə dəqiqədən sonra taksi sürücüsü zəng edib qocaya artıq gəldiyini bildirdi. Natiq müəllim ağır eşitdiyindən telefonu alıb özüm sürücü ilə danışmalı oldum. Sürücü bildirdi ki, kitabxananın qarşısında gözləyir. Yenə də qocanın qolundan tutub ona pillələri düşməkdə kömək etdim. Amma taksi görünmürdü. Sürücü təkrar zəng edib  tutuquşu kimi təkrar-təkrar "Sola gəlin, xanım, sola.

Sizə dedim ki, sola" deyərək bizi  Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatının qarşısına qədər gəlməyə məcbur etdi. Mənə nə var, dərd Natiq müəllimin idi. Qoca ayaqlarını güclə sürüyürdü. Qapını açıb oturacağa əyləşdirəndən sonra sükan arxasındakı cavan sürücüyə iradımı bildirdim: "Bu adam nə atamdır, nə dayım, amma yaşlı adamlara hörmət etmək borcumuzdur. Mən olmasaydım, adam hələ də kitabxananın qarşısında sizi gözləyəcəkdi". Bilmirəm, sözlərim cavan sürücüyə təsir etdi, yoxsa yox.

Amma başını yüngülvari önə əyib guya mənim sözlərimlə razı olduğunu bildirdi. Gözlərim doldu. Bəlkə də belə  bir payız günündə itirdiyim atama görə duyğusallıq etdim, bilmirəm. Təkcə onu bilirəm ki, bizə uşaq yaşlarımızdan özümüzdən böyüklərə hörmət etməyi öyrədiblər. Deyək ki, bu sürücü cahildir, savadsızdır, etikadan xəbəri yoxdur. Amma bir acı həqiqəti danmaq olmaz ki, əgər bu kişi çox tanınmış və vəzifəli biri olsaydı, sürücü onun üçün sükan arxasından düşüb qaça-qaça qapını da açardı. Sürücünü qoyaq bir kənara, bəs Natiq müəllimi illərlə qapı arxasında gözlədən və adını ziyalı qoyanlara nə ad verək? Axı yaşlı adamı bu qədər incitmək ən böyük günahdır. 

Bu dəfə nədənsə Füzuli babamızın "Şikayətnaməsi"ni yox, "Padişahi- mülk" qitəsini xatırladım:

...Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri