Icma.az
close
up
RU
Oksford Universitetinin məzunu tələbələrə seminar keçib

Oksford Universitetinin məzunu tələbələrə seminar keçib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində seminar keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, Bilkent, Qroningen və Oksford universitetlərində təhsil almış, təcrübəli və gənc mütəxəssis Hüseyn Piriyev TAU tələbələrinə “Beynəlxalq təcrübə, peşəkar inkişaf və karyera planlaması” mövzusunda seminar verib.

Seminarı giriş sözü ilə açan TAU-nun rektoru dosent Nəcibə Nəsibova xaricdə təhsil almış gənc mütəxəssislərin beynəlxalq təhsil və iş mühitində qazandıqları təcrübənin tələbələrin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb və Hüseyn Piriyevə dəvəti qəbul etdiyi üçün təşəkkür edib.

Daha sonra tədbirdə iştirak edən tələbələrə H. Piriyevi yaxından tanıtmaq məqsədilə onun haqqında video çarx nümayiş etdirilib.  Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edərək başlayan Hüseyn Piriyev, Bilkent Universitetində sənaye mühəndisliyi üzrə bakalavriat, Qroningen Universitetində texnologiya və əməliyyat idarəetməsi üzrə magistratura və Oksford Universitetində MBA təhsili müddətində qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, sənaye mühəndisliyinin mühəndislik və idarəetməni birləşdirən geniş imkanlara malik sahə olduğunu, bu ixtisasın müxtəlif istiqamətlərdə karyera qurmağa əlverişli zəmin yaratdığını qeyd edib.

Gənc mütəxəssis, tələbəlik illərinin özünü tanımaq, fərqli istiqamətlərdə sınamaq və gələcək karyera hədəflərini müəyyənləşdirmək üçün mühüm mərhələ olduğunu qeyd edib. O, bu çərçivədə, tələbələrə öz güclü və zəif tərəflərini düzgün qiymətləndirməyi, iş dünyası ilə akademik mühitin tələb etdiyi fərqli bacarıqları nəzərə almağı və şəxsi inkişaflarını məqsədyönlü şəkildə planlaşdırmağı tövsiyə edib.

Hüseyn Piriyev həmçinin  beynəlxalq peşəkar sertifikatların əhəmiyyətinə toxunub. Bildirib ki, nüfuzlu universitetlərdə əldə edilən akademik göstəricilərlə yanaşı, praktiki bacarıqlar, tənqidi düşüncə, problemlərə yaradıcı həll tapmaq, kommunikasiya və şəbəkələşmə bacarıqları da müasir iş dünyasında xüsusi əhəmiyyət daşıyır. Tələbələrin böyük marağına səbəb olan seminar H.Piriyevlə aparılan geniş sual-cavab sessiyası ilə yekunlaşıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri