Icma.az
close
up
RU
Oktyabrın 29 u Beynəlxalq Qayğı və Dəstək Günüdür

Oktyabrın 29 u Beynəlxalq Qayğı və Dəstək Günüdür

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 2024-cü ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, oktyabrın 29-da dünya ictimaiyyəti Beynəlxalq Qayğı və Dəstək Gününü qeyd edir.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş Assambleya bu mühüm günü ahıl və fiziki imkanları məhdud olan insanlara təmənnasız dəstək və qayğı sistemlərinin yaradılmasının zəruriliyini nəzərə alaraq təsis edib. BMT, həmçinin ödənişli qayğı və dəstəyin azaldılması, bu sahədə çalışanların əməyinin hökumətlər tərəfindən dəstəklənməsi ilə bağlı tədbirləri təşviq edir. Bu sahədə gender stereotiplərinə, eləcə də irq, etnik mənsubiyyət, yaş və miqrasiya statusu ilə bağlı olanlara qarşı mübarizə aparan tədbirlərin görülməsinin vacibliyi də vurğulanır. Məlumatda xəstə və yaşlı insanlara qayğı sahəsində peşə ayrı-seçkiliyini azaltmaq, ödənişli qayğı və ev işləri də daxil olmaqla qeyri-rəsmi fəaliyyətdən rəsmi işə keçidi asanlaşdırmaq, keyfiyyətli iş yerləri yaratmaq, bərabər dəyərli iş üçün ədalətli ödəniş üzrə hüquqları həyata keçirmək zərurəti də qeyd olunub.

Baş Assambleya qayğı və dəstəyin əhəmiyyəti və onun gender bərabərliyinə, cəmiyyətlərin və iqtisadiyyatların dayanıqlılığı prosesinə verdiyi əsas töhfə, eləcə də güclü və dayanıqlı qayğı və dəstək sistemlərinin inkişafı da daxil olmaqla davamlı və inklüziv qayğı iqtisadiyyatına investisiya qoyuluşunun zəruriliyi barədə məlumatlılığı artırmaq məqsədilə maraqlı tərəfləri hər il Beynəlxalq Qayğı və Dəstək Gününü müvafiq şəkildə qeyd etməyə dəvət edib.

2025-ci ildə BMT-nin Qadınlar üzrə Ali Komissarlığı (BMT Qadınlar), Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil edilən tədbirin məqsədi qlobal, regional və milli səviyyələrdə dünya üzrə göstərilən səyləri birləşdirmək, bunu həm qayğı və dəstəyə ehtiyacı olan, həm də qayğı göstərən müxtəlif hüquq sahiblərinin baxış bucağından müzakirə etməkdir.

Azərbaycanda da ahıllara qayğı istiqamətində mühüm addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Bu sahə Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir və bu addımlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi də dövlətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi illə fiziki və əqli imkanları məhdud şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyət həyatında fəal iştirakı sahələrində də mühüm layihələr həyata keçirilir.

Ahıl və əlil vətəndaşlara evlərində, həmçinin ictimai yerlərdə qayğı və xidmət göstərilməsi işinin təşkili qanunvericilikdə nəzərdə tutulan səlahiyyət əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu və Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Eyni zamanda, qeyri-hökumət təşkilatları və yerli icra strukturları, bələdiyyələr və imkanlı şəxslər tərəfindən də ahıl şəxslərin evlərində (səyyar) sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir. Bununla yanaşı, onlara qayğı göstərən ailə üzləri dövlət tərəfindən müvafiq ödənişlər alırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri