Icma.az
close
up
RU
Olaf Şolts koalisiya danışıqlarında iştirak etməyəcəyini açıqlayıb

Olaf Şolts koalisiya danışıqlarında iştirak etməyəcəyini açıqlayıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts federal seçkilərdə məğlubiyyətdən sonra hökumətin formalaşdırılması üçün koalisiya ilə bağlı danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, o, partiya liderlərinin görüşündə bu barədə bildirib: “Mən yenidən Kansler olmaq üçün namizədliyimi irəli sürürəm, amma gələcək hökumətdə SPD-ni təmsil etməyəcəm və koalisiya danışıqlarında iştirak etmək niyyətim yoxdur”.

Olaf Şolts seçkilərin nəticələrinin SPD üçün çox ağır olduğunu vurğulasa da, namizədliyinin yenidən irəli sürməsinin yanlış olmadığını ifadə edib.

Dörd il əvvəl 25,7 faiz səslə birinci olan partiya yerli vaxtla saat 22:27-ə olan rəqəmlərə görə 16,5 faiz səslə üçüncüdür. Partiyanın aparıcı siyasətçiləri bu ağır məğlubiyyətdən sonra SPD-nin yenidən formalaşdırılacağını açıqlayıblar. SPD-nin nüfuzlu siyasətçilərindən olan müdafiə naziri Boris Pistorius hökumətin formalaşdırılması üçün danışıqlara qatılmaq istədiyini açıqlayıb.

Azad Demokrat Partiyasının (FDP) lideri Xristian Lindner də partiyasının Bundestaqa daxil olmayacağı təqdirdə siyasətdən tamamilə çəkiləcəyini elan edib. FDP Bundestaqda təmsil edilmək üçün tələb olunan 5 faiz səsdən hazırda 0,6 faiz az səs toplaya bilib.

2013-cü ildən FDP-nin sədri olan 46 yaşlı X.Lindner artıq siyasətdən uzaqlaşdığını elan edib. O, seçki günü ARD və ZDF televiziyalarında yayımlanan proqramda FDP-nin Bundestaqa daxil ola bilməyəcəyi təqdirdə siyasətdən çəkiləcəyini bildirmişdi. Partiyanın Bundestaqa daxil olması ehtimalı qalmadığından o, X sosial şəbəkəsindəki səhifəsində siyasətdən uzaqlaşdığını elan edib: “Bundestaq seçkiləri FDP üçün məğlubiyyətlə nəticələndi. Ancaq ümid edirəm ki, bu, Almaniya üçün yeni başlanğıc olacaq. Mən bunun üçün mübarizə apardım. İndi aktiv siyasətdən yalnız bir hislə - intensiv və çətin, yaradıcılıq və müzakirələrlə dolu 25 il üçün dərin minnətdarlıq hissi ilə ayrılıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 03:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri