Öldü bilib stadionda sükutla andılar, sağ imiş… KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bolqarıstan Liqası çərçivəsində keçirilən “Arda” – “Levski Sofiya” matçında keçmiş futbolçu Petko Gançev üçün 1 dəqiqəlik sükut elan edilib.
KONKRET.az xəbər verir ki, matçın fasiləsində isə Qançevin ölmədiyi və sağ olduğu məlum olub.
Bundan sonra “Arda” klubu üzr mesajı yayımlayıb: “Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq”.
Qeyd edək ki, 79 yaşlı Qançev 5 il “Arda”da çıxış edib və 120-yə yaxın qola imza atıb. Keçmiş futbolçu yerli mətbuata müsahibəsində vəziyyətə münasibətindən danışıb:
“Evə gedəndə telefonuma tez-tez zəng gəldi. Amma mən maşın sürürdüm və telefonu götürməyə imkan etmədim. Evimizin qarşısında maşını saxladım. Arvadım məni göz yaşları içində qarşıladı, dedi ki, Petko, televizorda öldüyünü söylədilər.
Dostum, keçmiş mərkəz müdafiəçisi Stoyan İliyev də stadionda idi. Mənə qışqırdı: “Bilmirəm ağlayım, yoxsa gülüm”. Mən də dedim, ağla və gül. Diri-diri basdırılmaq, əslində, böyük stress imiş”.//Qafqazinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Mart 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















