Öldürülən baykerə görə Şahib Abbasovun ailəsindən 1 milyon dollardan çox təzminat tələbi
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Parkinqlə bağlı iradlarına görə öldürülən moskvalı bayker Kirill Kovalevin valideynləri qətl işi üzrə müttəhimlərdən 100 milyon rubl (1 milyon dolladan çox) təzminat tələb ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məhkəmə sənədlərində qeyd olunur.
Sənədlərdə göstərilir ki, Kovalevin valideynləri cinayət prosesinin bir hissəsi olaraq təqsirləndirilən şəxslərə qarşı ümumi məbləği 100 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi üçün iddia qaldırıblar.
Bu həftə yekun arqumentlərdə dövlət ittihamçısı Moskva Şəhər Məhkəməsindən iş üzrə əsas təqsirləndirilən Şahin Abbasovun 17 il, digər təqsirləndirilən şəxslərin isə 9,5 ildən 16 ilədək müddətə azadlıqdan məhrum edilməsini istəyib.
İstintaqla müəyyən edilib ki, 2024-cü il aprelin 17-də 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsində yerləşən binanın girişinin yaxınlığındakı səkidə saxlayıb. Bu, sürücüyə irad tutan 24 yaşlı moskvalı bayker Kirill Kovalevin narazılığına səbəb olub. Ona hücum edib, döyüb və qarnından bıçaqlayıb. Kovalev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Abbasov qaçmağa cəhd etsə də, Rostov vilayətində saxlanılıb. O, xuliqanlıq məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən qətl törətməkdə, atası, qardaşı, əmisi, əmisi oğlu və dostu isə qətlə kömək etməkdə ittiham olunublar. Təqsirləndirilən şəxslər istintaq təcridxanasına göndərilib.


