Öldüyü deyilən yeni ali dini lider paylaşım etdi YENİLƏNDİ
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Ali Lideri vəzifəsini icra edən Əlirza Ərəfi İsrailə qarşı yeni bir hücuma hazırlıqların aparıldığını açıqlayıb. Onun bu açıqlaması video mesaj şəklində sosial şəbəkədə yayımlanıb.
Bakupost.az xəbər verir ki, Ayətullah Ərəfinin hesabı daha sonra platformanın təhdidlərə dair qaydalarını pozduğuna görə bloklanıb.
Hadisə regionda gərginliyi artırmaqla yanaşı, İran-İsrail münasibətlərindəki mövcud qarşıdurmanın dərinləşməsi ehtimalını gündəmə gətirir.
***
11:24
Yayılan, lakin hələlik rəsmi şəkildə təsdiqlənməmiş məlumatlara görə, Xameneinin dünən yerinə təyin olunan İran rejiminin müvəqqəti ali dini lideri, Müvəqqəti Rəhbərlik Şurasının üzvü Əlirza Ərəfi ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində öldürülüb.
İddialara əsasən, hadisə son günlər regionda artan hərbi gərginlik fonunda baş verib. Lakin bu məlumatla bağlı İranın rəsmi qurumları və ya digər etibarlı mənbələr tərəfindən hələlik açıqlama verilməyib.
Qeyd edək ki, məlumat müstəqil şəkildə təsdiqlənməyib və hazırda yalnız sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə yayılır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 02 Mart 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















