Icma.az
close
up
RU
Oleg Qordiyevski: Xəbərdarlıq etmək üçün xəyanət edən casus

Oleg Qordiyevski: Xəbərdarlıq etmək üçün xəyanət edən casus

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Soyuq müharibə” dövrünün tarixində casusların adları tez-tez detektiv romanlardan çıxmış qəhrəmanlar kimi səslənir — pərdəarxasında tarixin gedişini dəyişən sirli fiqurlar. Bu fiqurlardan biri və bəlkə də ən məşhuru Oleg Qordiyevski idi — xəyanəti ilə KQB-ni qəzəbləndirən, lakin bəlkə də dünyanı nüvə fəlakətindən xilas edən adam.

Sovet uşaqlığı və NKVD zabitinin oğlu

Oleg Qordiyevski 1938-ci ildə Moskvada, NKVD zabitinin ailəsində dünyaya gəlib. Sanki taleyi əvvəlcədən yazılmışdı: yaxşı təhsil, dövlətə xidmət, “böyük vətən” naminə fəaliyyət. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirdi, bir neçə xarici dili mükəmməl bilirdi və tezliklə KQB sıralarına daxil oldu. İlk təyinatlar Polşa və sonra Danimarka — Qərb dünyası ilə ilk real təmaslar.

Lakin məhz bu təmaslar onda dərin şübhələr oyatdı. Əvvəl ideologiyaya, sonra isə ümumiyyətlə, sovet rejiminə qarşı. Qırılma nöqtəsi 1968-ci ildə baş verdi — Sovet ordusunun tankları Praqaya girərək “Praqa baharını” boğdu. Qordiyevski sonralar bunu mənəvi dönüş nöqtəsi adlandıracaqdı.

İkiüzlü casusluq oyunu

1974-cü ildə Qordiyevski Böyük Britaniyanın MI6 xüsusi xidmət orqanı ilə əməkdaşlığa başladı. O, “soyuq müharibə” tarixində ən dəyərli agentlərdən birinə çevrildi. Onun kod adı — SUNBEAM idi. Londonda çalışarkən KQB-nin plan və fikirlərini britaniyalılara ötürür, Kremlin daxili aləmini açırdı.

Ən vacib epizodlardan biri 1983-cü ildə baş verdi. NATO-nun “Able Archer” adlı hərbi təlimini SSRİ real nüvə hücumu kimi qəbul etdi və hər an qarşı hücum başlaya bilərdi. Qordiyevskinin məlumatı Qərbin ehtiyatlı davranmasına və mümkün müharibənin qarşısının alınmasına imkan verdi.

İfşa, dindirmə və dramatik qaçış

1985-ci ildə Qordiyevski birdən-birə Moskvaya geri çağırıldı. Onun ifşa olunduğu ehtimal edilir — bəlkə də amerikalı casus və SSRİ-yə işləyən Aldriç Eymz tərəfindən. Onu uzun dindirmələr gözləyirdi, təcrid olunmuşdu — lakin möcüzəvi şəkildə güllələnmədən xilas oldu. Ola bilsin, KQB-də sübutlar yetərli deyildi və ya onu nəyəsə görə diri saxlamaq lazım idi.

Bundan bir neçə ay sonra MI6 inanılmaz cəsarətli bir əməliyyat həyata keçirdi: Qordiyevski diplomatik nömrəli avtomobilin baqajında SSRİ-dən Finlandiya sərhədinə keçirildi. Bu, adrenalin dolu Hollivud filmlərindən səhnəyə bənzəyirdi — amma real idi.

Qaçışdan sonrakı həyat

Qordiyevski Böyük Britaniya vətəndaşlığı aldı və Londonda məskunlaşdı. Kitablar yazdı, müsahibələr verdi, britaniya xüsusi xidmət orqanlarına məsləhətlər verdi. Lakin həyat hələ də təhlükəli idi. 2007-ci ildə zəhərlənmə cəhdi baş verdi — bu hadisə rus agentləri ilə əlaqələndirilir. Deməli, onu unutmamışdılar. Amma indi rus casusları onu izləyə bilməyəəcklər- 2025-ci ilin martın 21-də Qordiyevski 86 yaşında dünyasını dəyişdi.

Qəhrəman, yoxsa satqın?

Kimlər üçünsə — o qəhrəmandır, vicdanını və əqidəsini anddan üstün tutan bir insan. Digərləri üçünsə — satqındır, öz ölkəsini düşmənə satan biri. Qordiyevski isə belə cavab verirdi: “Mən KQB-yə xəyanət etdim, xalqa yox. Mən yalanla mübarizə aparırdım, pula görə deyil.”

Epiloq

Oleg Qordiyevskinin hekayəsi təkcə casusluq salnaməsi deyil. Bu, vicdanın səssiz qışqırığıdır. Bu, təzyiq altında belə daxili azadlığını qoruyan bir adamın tarixidir. Ola bilər ki, onun məlumatları sayəsində dünya nüvə müharibəsindən xilas oldu. Adı isə tarixdə qalacaq — bir sistemin içində azadlığın mümkün olduğunun sübutu kimi...

Hazırladı:

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri