Icma.az
close
up
RU
Ölən şəxsi vəsiyyət etdiyi yerdə və formada dəfn etmək MƏCBURİDİR? HÜQUQİ İZAH

Ölən şəxsi vəsiyyət etdiyi yerdə və formada dəfn etmək MƏCBURİDİR? HÜQUQİ İZAH

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq dünyanın bir çox ölkələrində insanlar özləri üçün dəfn yeri alır, onu tikir. Və hətta necə dəfn olunmaq istədiyini də bəyan edir. Bu məsələlər bir sıra xarici ölkələrdə müvafiq qanunvericiliklə tənzimlənir.
Bəs, Azərbaycan qanunvericiliyi bu barədə nə deyir?
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda niyə insanlar vəsiyyət yazmaq İSTƏMİRLƏR?


Suala aydınlıq gətirən hüquqşünas Fuad Rüstəmli Bizim.Media-ya açıqlamasında bildirib ki, Mülki Məcəllədə dəfn və onunla əlaqəli prosedurlar barədə vərəsəlik hüququ sahəsində konkret münasibəti tənzimləyən maddi hüquq norması yoxdur:
“Lakin bunu qadağan edən maddi hüquq normaların da olmadığını nəzərə alsaq o zaman, şəxs hər bir halda istədiyi məzmunda vəsiyyətnamə tərtib edə bilər.
İnsan sağ ikən dəfn yeri və ya dəfn mərasimi ilə bağlı öz iradəsini yazılı və şifahi şəkildə ifadə edə bilər. Bundan əlavə, insanın öz iradəsini açıq şəkildə ifadə etməsinə də ehtiyac yoxdur. Əgər insanın sağ ikən davranışından və ya hadisələrə münasibətindən güman edilə bilən iradəsi müəyyən olunarsa, bunlar nəzərə alınmalıdır. Məsələn, əgər bir şəxs sağ ikən yaxın qohumunun dəfn olunduğu yerə "adamı da burda basdırarlarmı?" deyərək etiraz edibsə və ya doğma kəndində dəfn olunmaq istəmədiyini, məskunlaşdığı şəhərdə dəfn olunmaq istədiyini dəfələrlə səsləndiribsə, bu cür iradə bəyanı nəzərə alınmalıdır”.
Ölmüş şəxsin vəsiyyətnaməsi icra olunmalıdır.
Müsahibimiz bildirib ki, şəxs sağlında vəsiyyətnamə tərtib edərək, onun icraçısını təyin edə bilər:
“Eyni zamanda dəfn yeri ilə bağlı başqa, dəfn mərasiminin təşkili ilə bağlı başqa, cənazə maşının təşkili ilə başqa icraçı təyin edə bilər. Mülki qanunvericiliyə əsasən miras qoyanın xüsusi xarakterli vəsiyyət sərəncamlarından biri vəsiyyət icraçısının təyin edilməsi adlanır.
Miras qoyanın vəsiyyətdə ifadə olunan iradəsini bir qayda olaraq, vəsiyyətnamə ilə təyin olunmuş vərəsələr həyata keçirirlər. Əgər vəsiyyətnamədə başqa sərəncam nəzərdə tutulmazsa, elə hesab edilir ki, bütün vərəsələr eyni dərəcədə, bərabər qaydada vəsiyyət sərəncamının yerinə yetirilməsinə çağırılıblar.

Bununla belə, vəsiyyət edənin hüququ var ki, o, vəsiyyətnamədə vəsiyyətin icrasını xüsusi şəxsə tapşırsın. Ölülərin sağ ikən bəyan edilmiş iradələri onların ölümündən sonra yerinə yetirilərsə, cəmiyyətin mənəvi mövqeyi yüksələ bilər.


Çünki belə iradəyə əməl etmək ölülərin ləyaqətinə hörmətdən xəbər verir. Ölülərin sağ ikən bəyan edilmiş iradələrinin ölümdən sonra yerinə yetirildiyini görən sağ insanlar ölümdən sonra onların da iradə və arzularına hörmət ediləcəyində əminlik tapa bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri