Icma.az
close
up
RU
Olimpiya çempionumuz fərqli çəkidə mübarizə aparacaq

Olimpiya çempionumuz fərqli çəkidə mübarizə aparacaq

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq. Sport24.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, cüdoçu 81 kq-da çıxış edəcək.

Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda 10 çəki dərəcəsində 17 cüdoçu ilə (11 kişi, 6 qadın) təmsil olunacağıq. 

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınlar arasında Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) çıxış edəcəklər.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq referi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Zelim Kotsoyev (100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən iyunun 26-28-də baş tutacaq turniri buraxacaqlar.

Qeyd edək ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri