Olimpiya çempionumuz mübarizəyə qoşulur
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq.
Kişilərdən Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq. Qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















