Olimpiya mükafatçısı: Qarabağ bizə elə hisslər yaşadır ki, bunu sözlə ifadə etmək çətindir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə, 3 oktyabr, AZƏRTAC
"Qarabağ" bizə elə hisslər yaşadır ki, bunu sözlə ifadə etmək çətindir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin Azərbaycan futbolunu daim zirvələrə daşıdığını bildirib: "Kopenhagen"lə oyundan dərhal sonra Qurban Qurbanova zəng edib təbrik etdim. "Qarabağ" hazırda istənilən rəqibə qarşı mübarizə aparmaq gücündədir. Əgər istək və əzm varsa, rəqibin fərqi olmur. Yeni uğurların gələcəyini gözləyirəm. Bu nəticələrə görə hamımız qürur hissi keçiririk".
Qeyd edək ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində müvafiq olaraq, Portuqaliya "Benfika"sına (3:2) və Danimarkanın "Kopenhagen" komandasına (2:0) qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















