Olise Bayern Münhen ə şərt qoydu
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Maykl Olise ilə bağlı transfer planında yeni imkanlar yaranıb.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Mənbənin məlumatına görə, "Bayern Münhen" fransalı futbolçu ilə müqaviləni uzatmaq istəyir. Hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədə olan Olise üçün Almaniya klubu 2032-ci ilə qədər yeni müqavilə hazırlayır. Münhen klubunun futbolçuya illik 25 milyon avroya qədər maaş təklif etməyə hazır olduğu bildirilir.
Lakin Olisenin yeni müqavilə ilə bağlı əsas tələbi sərbəstqalma maddəsidir. 24 yaşlı futbolçunun nümayəndələri müqaviləyə 200 milyon avroluq çıxış maddəsinin daxil edilməsini istəyirlər.
Almaniya təmsilçisi isə bu məbləğin kifayət qədər aşağı olduğunu düşünür. Klub hesab edir ki, Avropanın ən zəngin komandaları gələcəkdə 200 milyon avroluq məbləği ödəyə bilər.
Olisenin vəziyyəti "Real Madrid" və "Liverpul"un da diqqətindədir. Bu səbəbdən "Bayern Münhen" futbolçunun gələcəyi ilə bağlı məsələyə mümkün qədər tez aydınlıq gətirmək istəyir.
Olise bu mövsüm də yüksək performans nümayiş etdirir. Fransalı futbolçu mövsümün ilk yeddi oyununda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli
Baxış sayı:85
Bu xəbər 03 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















