Olisedən hakimlərə sərt reaksiya
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Almaniyanın “Bavariya” klubunun fransalı yarımmüdafiəçisi Maykl Olise Bundesliqa referilərinin qərarlarından narazılığını açıq şəkildə ifadə edib.
Futbolpress.az xəbər verir ki, ötən mövsüm Münhen təmsilçisinin forması ilə 52 matçda 22 qol vurub 31 məhsuldar ötürmə verərək komandanın liderlərindən birinə çevrilən 24 yaşlı futbolçu rəqiblərin ona qarşı xüsusi sərtliklə oynadığını vurğulayıb.
Olisenin sözlərinə görə, qazandığı yeni status səbəbindən müdafiəçilər ona qarşı qaydaları tez-tez pozurlar, hakimlər isə bu kobudluqlara lazımi reaksiya vermirlər. Fransa millisinin üzvü sentyabrın 5-də “Şalke” ilə qolsuz bərabərliklə başa çatan qarşılaşmada da baş hakimə narazılığını belə bildirib:
“Daha ardıcıl olmalısınız, yoxsa axırda məni məhv edəcəklər. Rəqib müdafiəçilərin bu davranışına belə reaksiyasız qala bilməzsiniz. Hər şeyə göz yummaq olmaz, bu mümkün deyil”.
Baxış sayı:73
Bu xəbər 18 Sentyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















