Icma.az
close
up
RU
Ölkədə 20 30 qəpiyə olan məhsul hazırda niyə 4 manata SATILIR?

Ölkədə 20 30 qəpiyə olan məhsul hazırda niyə 4 manata SATILIR?

Icma.az, Milli.az saytına istinadən bildirir.

Son günlərin hava şəraiti istixanalarda yetişən xiyarın böyük hissəsinin zərər görməsinə səbəb olub. Bununla bağlı AzTV-nin videomaterialında bildirilib.
"Fevralın isti, martın soyuq keçməsi istixanalarda ciddi problemlər yaradır. Yetişən xiyarın üçdə biri, üçdə ikisi, bəzən isə dörddə üçü saralaraq tökülür".
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynovanın sözlərinə görə, meyvə-tərəvəzin bahalaşması gözlənilmir:
"Əgər qiymət artımı müşahidə edilərsə, bu, süni qiymət artımı olar. Başqa sözlə desək, bir neçə gün yağan yağış işbazlar üçün fürsətin yaranması deməkdir. Hazırda istixana şəraitində tələf olan məhsullara qaldıqda isə, bəzi illərdə bu kimi hallar yaşana bilir. Ümumiyyətlə, kənd təsərrüfatı sektoru riskli sahədir. Yəni hər məhsul əkib-becərən şəxs əvvəlcədən riskləri gözə alır".

İqtisadçının fikrincə, hansısa məhsulda itki olması ona əsas vermir ki, çölə atılan məhsulun pulu alıcının cibindən çıxsın:
"Bazarda qıtlıq yaranarsa, tələb təklifi üstələyərsə, bu zaman müəyyən həddə qiymət artımı anlaşılandır. Tərəvəz məhsullarının qiymətinə gəlincə, market və bazarlarda pomidor aylardır 5 manat, xiyar isə ən ucuz 4 manata təklif olunur. Günlərdir piştaxtada qalıb çürüməyə doğru gedəndə endirimə qoyulur və ya xarab olur, oradan da birbaşa zibil yeşiklərinə daşınır".
Fermerin zərərinə gəlincə isə, Günay Hüseynova deyib ki, onlar zamanında məhsuldan yüksək gəlir qazandıqları üçün zərəri kompensasiya edə bilərlər:
"Mövsümündə 20-30 qəpiyə satılan xiyar indi niyə 4 manata satılmalıdır?! Mövsümü deyil, amma qiymət fərqi bu qədər yüksək olmamalıdır. Qiymətin alıcı büdcəsinə uyğun olması üçün ixraca məhdudiyyət qoyulmalıdır. Orqanik məhsullar xaricə göndərilir, daha sonra bazarda qıtlıq yaranır. Özümüz də xaricdən boyalı portağal, parafinli alma alırıq. Yaz fəslinin gəlişi ilə artıq məhsul yetişir. Ona görə də qiymət artımı və ya bazarda qıtlıq gözlənilmir".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri