Icma.az
close
up
RU
Ölkədə ailə soyqırımı başlayıb: günahkar qadınlardır? AÇIQLAMA

Ölkədə ailə soyqırımı başlayıb: günahkar qadınlardır? AÇIQLAMA

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda qurulan ailələrin demək olar ki, yarısı boşanır. Belə ki, Dövlət Statistika Komitəsinin cari ilin yanvar ayına olan məlumatında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma hallarının qeydə alınması göstərilib. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb.

Məsələnin narahatedici tərəfi isə odur ki, boşanmaların bu qədər artmasında əsasən qadınlar günahkar hesab edilir. Bu barədə ötən aylarda Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib ki, boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır.

Həqiqətən qadınlar boşanmağa təşəbbüskardır?

Sosioloq Lalə Mehralı bunu təsdiq edir: Komitənin açıqlamasını Mediasiya Şurasından da təsdiqləyirlər, vəkillər də təsdiqləyir. Bəzən psixoloqlar da açıqlama verir ki, qadınlar boşanmaqda daha maraqlıdır, ailə birliyinin bərpası mümkün olduğu vəziyyətlərdə belə israrla boşanmaq istəyirlər.

Amma cəmiyyətdə bu fikrə qarşı ciddi narazılıq var, təbii ki qadınlar tərəfindən. İsrarla bu açıqlamaların qərəzli olduğunu, qadınların boşnmaqda haqlı olduğunu deyirlər. Razıyam, bəzən boşnmaq yeganə çıxış yolu olur, ölməmək, öldürməmək, həyatda qalmaq, psixoloji və mənəvi olaraq bütün qala bilmək üçün boşanma yeganə çıxış yolu olur, amma bütün qadınların zorakılıq görməsi iddiası absurddur.

Qoy bu 70 faizlik nisbətdəki xanımların 100-u, 500-ü zorakılıq görsün, mənəvi və ya fiziki şiddət görsün, ona görə boşanmaq istəməsi normaldır, haqlıdırlar. Amma bu kütləvilik nədir? Mümkün deyil ki, bu 70 faizin hamısı haqlı olsun. Belə çıxır ölkədə normal kişi yoxdur? Axı bu kişiləri də o xanımlar böyüdür, onların anaları, xalaları böyüdür. Qadınlar niyə bu qədər maraqlıdır ailəsizliyə? Bu nə azadlıq iddiasıdır? Bu azadlıq deyil, azadlığı bu qədər ucuzlaşdırmaq doğru deyil.

Ölkədə ailə soyqırımı başlayıb, təşəbbüskarı da elə qadınlardır. İllərdir, altdan-altdan işlənən plan özünü doğrultdu, feminizm, gender bərabərliyi planları həyata keçir, qadın azadlığı deyə-deyə yıxdılar ölkənin evini. Dəhşətli vəziyyətdir və bərpasına ümid hər gün azalır.

Nərmin Hüseynli

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri