ÖLKƏDƏ BU QƏDƏR İNSAN DOYUNCA QIDALANA BİLMİR Ərzağı borc və nisyə alanların sayı AÇIQLANDI
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ildə Azərbaycanda on minlərlə insan maddi imkanların məhdudluğu səbəbindən doyunca yemək yeyə bilməyib.
"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə dərc etdiyi "Əhalinin ərzağa əlyetərliliyi üzrə ilin yekunları" adlı hesabatında bildirilir. Qeyd olunur ki, sorğu Prezidentin müvafiq fərmanları və dövlət proqramları çərçivəsində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) metodologiya və tövsiyələri nəzərə alınmaqla həyata keçirilib. Müayinə ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə təsadüfi seçilmiş 10510 ev təsərrüfatı arasında sorğu yolu ilə aparılıb.
Açıqlanan rəsmi məlumat belədir ki, yemək üçün kifayət qədər pulu və ya digər zəruri ehtiyatları olmadığı üçün ac qalaraq doyunca qidalana bilməyən ev təsərrüfatlarının ümumi ev təsərrüfatları içərisində xüsusi çəkisi 1,8 faiz təşkil edib. Rəsmi statistikaya görə, 1 noyabr 2025-ci il tarixində Azərbaycan əhalisinin sayı 10 milyon 257 min nəfər olub. Ölkədə hər bir ev təsərrüfatına orta hesabla 4,19 nəfər düşdüyünü nəzərə aldıqda, ev təsərrüfatlarının ümumi sayı təxminən 2 milyon 445 minə bərabər olur. Bu göstəricinin 1,8 faizi isə təxminən 44 min ev təsərrüfatı deməkdir. Aparılan hesablamalara əsasən, bu ev təsərrüfatlarında yaşayan insanların sayı ümumilikdə təxminən 184,4 min nəfər təşkil edir. Başqa sözlə, 2025-ci ildə Azərbaycanda 184 mindən artıq insan ac olduğu halda doyunca qidalana bilməyib.
Rəsmi məlumatlara əsasən, maddi çatışmazlıq səbəbindən bütün sutka ərzində yemək yeməyənlərin sayı 30 min 734 nəfər olub. Qidalanmaq üçün məcbur qalaraq pul və ya ərzağı borc alanların sayı 215 min nəfərə, pulun olmaması səbəbindən ərzaq məhsullarını nisyə alanların sayı isə 225 min nəfərə çatıb.
İqtisadi rayonlar üzrə göstəricilər arasında da ciddi fərqlər müşahidə olunur. Ən aşağı göstərici Bakı şəhərində qeydə alınıb – burada doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının payı 0,9 faiz təşkil edib. Ən yüksək göstərici isə 3,1 faizlə Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb.
Digər regionlarda vəziyyət belə olub - Qarabağ və Mərkəzi Aran iqtisadi rayonlarında 2,8 faiz, Qazax-Tovuzda 2,7 faiz, Şərqi Zəngəzurda 2,6 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Şirvan-Salyanda 2,1 faiz, Gəncə-Daşkəsəndə 2 faiz, Quba-Xaçmazda 1,9 faiz, Mil-Muğanda 1,8 faiz, Lənkəran-Astarada 1,7 faiz, Naxçıvan və Abşeron-Xızı iqtisadi rayonlarında isə 1,3 faiz qeydə alınıb.
İqtisadi rayonlar üzrə müvafiq göstəricini təqdim edirik:
İqtisadi rayon Əhali sayı Faiz (%) Ac qalanların sayı Bakı 2 351 000 0,9 21 159 nəfər Naxçıvan 470 900 1,3 6 122 nəfər Abşeron-Xızı 878 400 1,3 11 419 nəfər Dağlıq Şirvan 322 000 2,2 7 084 nəfər Gəncə-Daşkəsən 599 000 2,0 11 980 nəfər Qarabağ 747 500 2,8 20 930 nəfər Qazax-Tovuz 680 000 2,7 18 360 nəfər Quba-Xaçmaz 550 000 1,9 10 450 nəfər Lənkəran-Astara 943 000 1,7 16 031 nəfər Mərkəzi Aran 724 000 2,8 20 272 nəfər Mil-Muğan 527 000 1,8 9 486 nəfər Şəki-Zaqatala 629 000 3,1 19 499 nəfər Şərqi Zəngəzur 302 000 2,6 7 852 nəfər Şirvan-Salyan 497 500 2,1 10 448 nəfərAçıqlanan göstəricilərdən də məlum olduğu kimi, Azərbaycanda ərzaq təhlükəsizliyi problemi hələ də əhalinin müəyyən hissəsi üçün aktual problem olaraq qalır.
Məlumat üçün qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının noyabrın 29-da açıqladığı “Qlobal İnkişaf Vizyonu – 2025” adlı hesabatına görə, 74 ölkədə 343 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib. Bu, ötən illə müqayisədə 10 faiz çoxdur, eyni zamanda, COVID-19 pandemiyası zamanı qeydə alınan rekorddan bir qədər azdır.
WFP-nin hesabatına görə, bu gün dünyada təxminən 1,9 milyon insan aclıq astanasındadır. Xüsusilə Qəzza və Sudanda, eləcə də Cənubi Sudan, Haiti və Malinin bəzi bölgələrində fəlakətli səviyyədə aclıqla üzləşən insanların sayı görünməmiş həddə çatıb.
Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə 123 milyon insanı qidalandırmaq üçün WFP-nin ehtiyac duyduğu 16,9 milyard dollar dünyada cəmi iki həftə ərzində qəhvəyə xərclənən vəsaitə bərabərdir…
E. Bəyməmmədli
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















