Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Politoloq: Danışıqlar yalnız görüntü xarakteri daşıyır

Politoloq: Danışıqlar yalnız görüntü xarakteri daşıyır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Natiq Miri: ABŞ-nin sülh planını həyata keçirəcəyinə inanmıram

 Rusiya bütün Ukrayna üzərində nəzarəti təmin edərək "Rusiya imperiyasını" gücləndirmək istəyir

Son günlər ABŞ-Ukrayna-Avropa tərəfdaşları arasında diplomatik görüşlər diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, son üç gün ərzində Florida ştatında Ukrayna nümayəndə heyəti ABŞ və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv görüşlər keçirib. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andiy Qnatov daxildir. ABŞ-ni isə xüsusi nümayəndə Stiv Uitkoff, Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qruenbaum təmsil edib. Görüşlərdə həmçinin bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri iştirak edib. Danışıqlar zamanı dörd əsas sahəyə fokuslanılıb: 20 maddəlik planın inkişaf etdirilməsi, çoxtərəfli təhlükəsizlik zəmanətləri çərçivəsində mövqelərin uzlaşdırılması, ABŞ təhlükəsizlik zəmanətləri üzrə razılaşmalar və Ukraynanın iqtisadi inkişaf və rifah planının təkmilləşdirilməsi.

Bu görüşlər hazırkı diplomatik prosesin bir hissəsi olaraq qiymətləndirilir və tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirəsinə imkan yaradır.

Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında Donald Trampın xüsusi nümayəndəsi Uitkoffun bu fikrinin artıq bir ildir təkrarlandığını söyləyib:

"Bir tərəfdə Prezident Donald Tramp, digər tərəfdə isə onun nümayəndəsi məhsuldar görüşlərdən və irəliləyişlərdən danışırlar. Lakin Rusiya hər gün Ukrayna şəhərlərini, xüsusilə də infrastruktur və yaşayış binalarını bombardman etməyə davam edir. Əksinə, biz başlanğıcdan daha intensiv və daha şiddətli müharibənin müşahidəsini görürük. Buna görə də Uitkoffun “məhsuldar” fikrinin nəyə aid olduğu aydın deyil. Çünki bu fikir ABŞ-Rusiya arasında keçirilən görüşlərə də aid edilib. Aydın deyil ki, ABŞ-Rusiya görüşləri kontekstində məhsuldar nəticələr hansı sahələrə aiddir-ABŞ-nin perspektiv iqtisadi maraqlarına yönəlikdir, yoxsa Rusiya sözün əsl mənasında hansısa güzəştlərə hazır olduğunu göstərir. Ən azından, Rusiyanın müharibəni bitirmək kimi ciddi bir niyyətinin olduğunu heç kim müşahidə etmir. Çünki müharibəni bitirmək istəyən tərəf bu səviyyədə şiddətli bombardmana əl atmaz. Üstəlik, atəşkəs olmadan sülh danışıqları aparılması həm absurddur, həm də birbaşa yalana xidmət edir".

Politoloq ABŞ-Ukrayna-Avropa Birliyi danışıqlarında prioritet məsələlərin olduğunu bildirib:

"Birincisi, Ukraynanın ərazilərinin Rusiyaya güzəşdə verilməsi məsələsidir ki, Ukrayna bunu qətiyyətlə rədd edir. Hətta ABŞ-nin iqtisadi zona və ya hərbisizləşdirilmiş ərazi kimi təqdim etdiyi variantlar da Ukraynanı qane etmir. Ukrayna tələb edir ki, əgər onun qoşunları müəyyən ərazilərdən geri çəkilirsə, Rusiya qoşunları da geri çəkilməlidir. Yəni, Ukraynanın boşaltdığı ərazilər Rusiyanın nəzarətinə verilə bilməz. Rusiya hələlik bunu qəbul etmir. İkinci məsələ təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Hərçənd məhsuldarlıqdan danışılır, amma ciddi qeyri-müəyyənlik davam edir. Çünki Rusiya müəyyən razılaşmadan sonra müharibəni yenidən davam etdirmək istəyə bilər. ABŞ-nin isə buna necə reaksiya verəcəyi aydın deyil. Bu qeyri-müəyyənlik bəzi Avropa ölkələri və NATO üçün də doğrudur. NATO-nun 5-ci maddəsi üzrə mexanizmlərin hazırlanmasından danışılır, amma müharibə yenidən şiddətləndiyi halda yardımlar müxtəlif səviyyədə ola bilər: kimsə əsgər, kimsə silah göndərə, kimsə də diplomatik dəstək verə bilər. Ona görə də hələlik “məhsuldarlıq” hansı məsələlərə aiddir, bəlli deyil. Əsas prioritet məsələlərdən biri Ukraynanın yenidən qurulması və bərpasıdır. Burada Rusiyanın dondurulmuş aktivləri, yəni Avropada saxlanılan 210 milyard avro hələ də qeyri-müəyyən vəziyyətdədir. ABŞ və Avropa ölkələrinin bu məsələyə yanaşması da fərqlidir. Üçüncü prioritet məsələ Zaporoji Atom Elektrik Stansiyası üzərində idarəçilik və nəzarət məsələsidir".

Ekspert bütün bunların fonunda, Rusiyanın bu dörd istiqamətdəki planları nə dərəcədə qəbul edəcəyinin hələ məlum olmadığını vurğulayıb: 

"Hazırda danışıqlar yalnız görüntü xarakteri daşıyır. Rusiya sanki sülh tərəfdarı kimi görünməyə çalışır, amma bu, daha çox zaman qazanmaq və ABŞ-nin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaları yumşaltmaq məqsədi daşayır. Yanvarın birinə kimi Donald Trump atəşkəs ilə bağlı konkret razılaşmanın qəbul olunmasını tələb etsə də, bu uzunmüddətli məsələdir. Əgər konkret siyasi qərarlar tələb olunarsa, Putin hərbi və siyasi təxribatlarla müharibəni yenidən başlatmaq üçün bəhanə tapacaq. Çünki Rusiyanın məqsədi yalnız Donbası işğal etmək deyil. O, bütün Ukrayna üzərində nəzarəti təmin edərək "Rusiya imperiyasını" gücləndirmək istəyir. Donbasın işğalı isə bu imperiya statusunu Rusiyaya qaytarmır. ABŞ-nin sülh planını həyata keçirəcəyinə inanmıram".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri