Ölkədə qeyrisabit hava şəraiti nə vaxta kimi davam edəcək?
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.
Qurumdan Publika.az-a verilən məlumatda bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Yagıntılı hava şəraiti isə noyabırın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.
Baxış sayı:86
Bu xəbər 04 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















