Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Ölkədə tullantıların həcmi artıb Ekoloqlar xəbərdarlıq edir

Ölkədə tullantıların həcmi artıb Ekoloqlar xəbərdarlıq edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Ötən il ölkədə 4365 min ton və ya əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı yaranıb. Onun 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı altı faiz olub. Tullantıların 71,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Rəqəmlərdən də göründüyü kimi, tullantıların miqdarında artım müşahidə edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nazirliyin yalnız təhlükəli tullantılara nəzarət etdiyini bildirdi: "İstehsal prosesi zamanı əmələ gələn təhlükəli tullantılar bu sahədə ixtisaslaşmış şirkətlərlə müqavilə bağlanılaraq zərərsizləşdirilməsi üçün emala, yaxud xüsusi ayrılmış ərazidə basdırılmağa göndərilməlidir. Partlayıcı və radioaktiv maddələr istisna olmaqla, ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək bütün növ təhlükəli tullantıların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilərək zərərsizləşdirilməsi və utilizasiyası həyata keçirilir. Təhlükəli tullantılar sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi qaydaları, ətraf mühitin qorunması tələbləri nəzərə alınmaqla, təhlükəlilik kateqoriyasına görə çeşidlənir, xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusi hücrələrdə zərərsizləşdirilir. Torpaqla və ətraf mühitlə təmasının olmaması üçün hücrələr yüksək keyfiyyətli müasir geomembran və geotekstil materiallarla tam izolyasiya olunur”.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsini həyata keçirən "Təmiz Şəhər” ASC-dən bildirildi ki, bu qurumun fəaliyyətində başlıca məqsəd Bakı şəhərində və ətraf ərazilərdə tullantıların idarə olunması sistemini təkmilləşdirmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq və tullantıların zərərsizləşdirilməsini təmin etməkdir: "Qarşıya qoyulan hədəf və məqsədlərə çatmaq üçün vacib istiqamətlərdən biri bərk məişət tullantılarının düzgün idarə edilməsidir. Hazırda əhalinin artması, tələbatın çoxalması təbii ehtiyatların tükənməsinə və tullantıların həcminin artmasına səbəb olur”.

Qurumun məlumatına görə, tullantıların idarə edilməsi prosesi hazırda Bakıda müasir üsullarla həyata keçirilir və 2024-cü ildə "Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ümumilikdə 930 min tona qədər bərk məişət tullantısı gətirilərək təhvil verilib.  

Ekoloq Kənan Kərimli bildirdi ki, tullantıların artmasının müxtəlif səbəbləri var: "Əsas ana səbəb əhali artımı və bərk məişət tullantılarının həcminin artmasıdır. Çeşidin çox olması sonda tullantıya gətirib çıxarır. Müəssisələrin istehsal proseslərində tullantıların azaldılması üçün tədbirlər yetərli deyil. Statistikaya əsasən, hər 50 müəssisədən birində ekoloq var. Tullantılar düzgün idarə olunmur. Halbuki ekoloq həmin tullantını normal idarə edə, müəssisəyə də əlavə gəlir gətirə bilər. Çünki bir müəssisənin tullantısı digər bir istehsalat sahəsinin xammalıdır. Geri dönüş və təkrar emal texnologiyalarının zəif tətbiqi hökm sürür. Hər hansı bir tullantı sahibkara lazım deyilsə, digər sahibkarlara xammal kimi təklif olunmur”.

Ekoloqun sözlərinə görə, tullantıların idarə edilməsi təkcə çirklənmənin qarşısını almaq deyil, həm də resursların səmərəli istifadəsi, iqtisadiyyatın yaşıl transformasiyası və ictimai sağlamlığın qorunması ilə bağlıdır: "Tullantıya zibil kimi yox, xammal kimi baxmaq lazımdır. Zərərsizləşdirmə, basdırılma, yandırılma ən sonda ağıla gəlməlidir. Üç mərhələyə (azaltma, yenidən istifadə, geri dönüş) investisiya artırılmalı və sərt nəzarət olmalıdır”.

K.Kərimlinin fikrincə, qanunvericilik, texnologiya, maarifləndirmə bir-birini tamamlamalıdır: "Tullantılar ilə bağlı qanun sərtdir, yalnız nəzarət mexanizmini gücləndirmək lazımdır. Maarifləndirmə isə orta məktəbdən, hətta ibtidai sinifdən başlamalıdır”. 

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov da düşünür ki, plastik məhsullar istehsal edən müəssisələr məsuliyyətli olmalıdır: "Plastik tullantıları istehsal edən, yaxud ölkəyə gətirən şirkətlər öz məhsullarının sonrakı taleyi ilə bağlı məsuliyyət daşımalıdırlar. Ölkəmizdə müxtəlif plastik məhsullar istehsal edilir və satışa çıxarılır və sonda onların əksəriyyəti təbiətə atılır. Tullantıların idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Xüsusilə onların çeşidlənməsi, təkrar emala yönəldilməsi”. 

R.Abbasovun sözlərinə görə, müəyyən qadağaların tətbiqinə də ehtiyac var: "Düzdür, bir sıra plastik vasitələrin istehsalı azaldılıb. Əksər hallarda torbalar pulla satılır. Lakin yenə də bu istiqamətdə təkmilləşdirmələrə ehtiyac var. Satışda olan plastik torbalar xeyli ucuzdur, onlar bahalaşdırılmalıdır. Xüsusi zonalarda ümumiyyətlə plastik vasitələrin istifadəsi qadağan oluna bilər”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:423
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri