Icma.az
close
up
RU
Ölkələri birləşdirən körpülər FOTOLENT

Ölkələri birləşdirən körpülər FOTOLENT

Lent az saytına istinadən Icma.az xəbər verir.

Körpülər təkcə memarlıq nümunəsi deyil, onlar həm də birliyi simvolizə edir, sərhədləri aşır, mədəniyyətləri və xalqları birləşdirir. Dünyada müxtəlif ölkələri, sözün əsl mənasında qovuşduran, dövlətlər arasında unikal əlaqələr yaradan və səyahəti daha asan, əlçatan edən çoxlu sayda körpülər var.
Azərbaycan və Gürcüstan

Azərbaycan və Gürcüstan arasında Xram çayı üzərində  salınmış bu qədim körpü “Sınıq körpü” (əslində “Sınaq körpü”) adlanır. Sınıq körpü XII əsrdə, Atabəylər dövründə tikilmişdir.

Tikintisində qırmızı kərpicdən istifadə edildiyi üçün el arasında “Qırmızı körpü” də adlanır.

175 metr uzunluğunda olan körpünün yaxınlığında vaxtilə iki karvansaray fəaliyyət göstərib. “Sınıq körpü” və ya “Qırmızı körpü” Azərbaycan memarlığının nadir abidələrindən biridir.

Avstriya və Macarıstan

Avstriya ilə Macarıstan arasındakı Ajnzar kanalı üzərindən keçən taxta körpü macarların azadlıq simvolu hesab edilir. 1956-cı ildə Macarıstanda SSRİ əleyhinə baş verən inqilab zamanı Sovet Rusiyası ölkəyə hərbi müdaxilə etdi. Həmin vaxt 70.000 macar bu körpü vasitəsi ilə qətliamdan qaçaraq Avropaya keçmişdi.

Körpü elə həmin ildə sovet ordusu tərəfindən uçurulub. Avstriya ilə Macarıstanı birləşdirən bu körpü 1996-cı ildə yenidən bərpa edilib. Hazırda körpünün yaxınlığında  Macarıstan üsyanına həsr olunmuş memorial heykəllər və tarixi əşyalar sərgilənir.

Danimarka və İsveç

Danimarka və İsveçi birləşdirən Oresund körpüsünü bir çoxları "Körpü" serialı sayəsində tanıyır. Uzunluğu 8 km olan körpü İsveçdən Peberholm adasına aparır və adadan  4 km-lik tunellə çıxış yaradır. Bu tunel  təyyarələrin heç bir problem olmadan qalxıb - enməsinə imkan verir və gəmilər boğazdan asanlıqla keçə bilir. Beləliklə, körpü iki ölkəni birləşdirir.

Rusiya və Litva

Rusiyanın Kalininqrad vilayətində yerləşən Sovetsk şəhəri vaxtilə Almaniya ərazisi sayılıb. Almaniya hökuməti 1907-ci ildə Neman çayı üzərində körpü salaraq Kraliça Luizanın şərəfinə “Luiza körpüsü” adlandırdılar. İkinci dünya müharibəsi zamanı döyüş poliqonuna çevrilən “Luiza körpüsü” partladılıb. Sonralar SSRİ hökuməti körpünü bərpa edib. Körpüdə SSRİ-nin gerbi ilə yanaşı Kraliça Luizanın da portreti əks olunub. Hazırda körpü Rusiyanın Sovetsk şəhəri ilə Litvanın Panemune şəhərini birləşdirir.

Azərbaycan Respublikası ilə Cənubi Azərbaycan

Xudafərin körpüsü Azərbaycan Respublikası ilə Cənubi Azərbaycanı ayıran Araz çayı üzərində salınıb.

Körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin göstərişi ilə inşa edilib.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, o da Xudafərin adlanır. İkinci körpü 15 tağdan ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.

Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Araz çayının qayalıqla əhatələnən ən dar yerində inşa edilmiş bu tarixi abidə VIII əsrin sonu  IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib.

Kanada və ABŞ

Kanada ilə ABŞ arasında yerləşən məşhur Niaqara şəlaləsinin üzərində salınmış “Göy qurşağı” körpüsü iki nəhəng ölkəni birləşdirir. 

Hər il minlərlə turist “Göy qurşağı” körpüsünü gəzmək və Niaqara şəlaləsini seyr etmək üçün buranı ziyarət edir.

Körpüdən baxarkən şəlalə üzərində tez-tez göy qurşağı  göründüyü üçün körpünü belə adlandırıblar. Körpü 1941-ci ildən istifadəyə verilib.

Bəhreyn və Səudiyyə Ərəbistanı

“King Fahd Causevay” Səudiyyə Ərəbistanı ilə Bəhreyni ərəb körfəzi boyunca birləşdirən əlamətdar infrastruktur layihəsidir. Təxminən 25 km uzunluğunda olan körpü əslində keçid yollarını və süni adaları birləşdirən beş ayrı körpüdən ibarətdir.

Körpünün layihəsi hələ 1950-ci illərdə hazırlanıb və məqsəd  iki ərəb krallığını birləşdirmək olub. Tikintiyə isə 17 il sonra - 1967-ci ildə başlanılıb. Hazırda Səudiyyə Ərəbistanı ilə Bəhreyn Krallığı nəqliyyat əlaqəsini bu körpü vasitəsilə reallaşdırır.

Zambiya və Zimbabve körpüsü
Livinqston və Viktoriya şəlaləsinin iki şəhərini birləşdirən körpünun layihəsi Cənubi Afrikadakı İngilis müstəmləkə ekspansiyasının təşkilatçısı Sesil Rodos tərəfindən təklif edilib. Körpünün tikintisi  1905-ci ildə məşhur bioloq alim Çarlz Darvinin oğlu mühəndis Corc Darvin tərəfindən başa çatdırılıb. Bu körpüdə maşınlar və qatarlar hərəkət edir, bələdçilər  ekskursiyaya gələnlərə təbiətin və şəlalənin heyrətamiz mənzərələrini təqdim edir. Körpünün üstündə təbiət muzeyi və iplə hündürdən tullanmaq istəyənlər üçün xüsusi idman məkanı var.

Şimali Koreya və Cənubi Koreya

Şimali və Cənubi Koreya arasında, iki Koreyanı ayıran hərbi demarkasiya xəttində, “Demilitarized Zone”  ərazisində yerləşən “Dönülməyən körpü” yerləşir. Körpü  xüsusi tarixi əhəmiyyət daşıyır. “Dönülməyən körpü” Şimali və Cənubi Koreya arasındakı bölünmənin və gərginliyin simvoludur.

1953-cü ildə Koreya müharibəsi başa çatdıqdan sonra körpüdə hərbi əsirləri dəyişirdilər. Körpüyə gətirilən hərbi əsirlərin qarşısında belə bir seçim qoyulmuşdu: ya evə qayıtmaq, ya da birdəfəlik işğal olunmuş ölkədə qalmaq. Körpünün adı da məhz, bu prosesdən sonra “Dönülməyən körpü” qalıb.

“Dönülməyən körpü” artıq mülki hərəkət məqsədi ilə  istifadə edilmir. Dünyanın ən ciddi qorunan  sərhədlərindən birinin yaxınlığında yerləşən bu körpü illərdir ki, bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri