Icma.az
close
up
RU
“Ölkəmiz bərpa olunan enerji sahəsində ECO ilə əməkdaşlığa açıqdır”

“Ölkəmiz bərpa olunan enerji sahəsində ECO ilə əməkdaşlığa açıqdır”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsi, iqtisadi sabitliyin möhkəmləndirilməsi və regional inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

O qeyd edib ki, Azərbaycanın 1992-ci ildən üzvü olduğu ECO ortaq tarixi və mədəni köklərə malik ölkələri iqtisadi əməkdaşlıq müstəvisində birləşdirən əhəmiyyətli regional təşkilatdır: “Azərbaycan bu qurumda təkcə üzv kimi deyil, eyni zamanda təşəbbüskar, dinamizm gətirən və konkret layihələr irəli sürən fəal tərəfdaş kimi çıxış edir. Təşkilatın Bakı sammitlərində səsləndirilən təkliflər, regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində atılan addımlar və enerji təhlükəsizliyi sahəsində göstərilən təşəbbüslər Azərbaycanın ECO daxilində mühüm rolunu daha da aktuallaşdırır.

Azərbaycanın geostrateji mövqeyi – Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas komponentlərindən biri olması – ölkəmizin nəqliyyat və logistika sahəsində ECO üçün əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı təkcə Azərbaycan üçün deyil, bütün üzv ölkələr üçün yeni imkanlar açır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihələr regional ticarətin inkişafı, tranzit potensialının genişlənməsi və üzv ölkələr arasında iqtisadi əlaqələrin intensivləşməsi üçün ciddi zəmin yaradır”.

Deputat vurğulayıb ki, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi irimiqyaslı layihələr, üzv ölkələr üçün alternativ və dayanıqlı enerji mənbəyi kimi Azərbaycanın əhəmiyyətini artırır: “Eyni zamanda, ölkəmiz bərpa olunan enerji sahəsində də ECO ilə əməkdaşlığa açıqdır. Bakıda yaradılmış ECO Təmiz Enerji Mərkəzi bu sahədə birgə fəaliyyətin yeni mərhələsinə keçidin nümunəsidir.
Azərbaycanın zəngin mədəni irsi və təbii turizm resursları, ECO ölkələri ilə mədəniyyət və turizm sahəsində əməkdaşlığı gücləndirir. Şuşanın 2026-cı il üçün ECO-nun “Turizm paytaxtı” elan olunması, bu istiqamətdə atılmış mühüm addım olmaqla yanaşı, Qarabağın bərpa və inkişaf prosesinə də beynəlxalq diqqəti artırır.

ECO çərçivəsində fəal diplomatik siyasət, regional təşəbbüslərdə liderlik və gələcəyə yönəlik baxış, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Əminliklə deyə bilərəm ki, Azərbaycanın bu təşkilatdakı uğurlu fəaliyyəti regional inteqrasiyanın modelinə çevrilməkdədir və bu yolun davamlılığı həm ölkəmiz, həm də bütün region üçün yeni üfüqlər açır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri