Icma.az
close
up
RU
Ölkəmiz IWF in rəsmi strukturunda təmsil olunub

Ölkəmiz IWF in rəsmi strukturunda təmsil olunub

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib.

İdman.biz-ə bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

AAF prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdir. Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından AAF-a rəsmi təbrik məktubu daxil olub.

IWF-ə üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından “Məsləhət Qrupu”na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər ölkəmiz Avropa və Dünya Ağırlıqqaldırma Federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmamışdı.

Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib. Firdovsi Umudov 2022-ci ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi Firdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdırıb.

Qeyd edək ki, Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. O, eyni zamanda “Sərhədçi İdman Mərkəzi”nin, İdman bölməsinin rəisidir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 İyul 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri