Icma.az
close
up
RU
Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin əsas ünvanıdır

Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin əsas ünvanıdır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərin əsas ünvanıdır. Dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan, ölkəmizdə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu qlobal müzakirə platfotması hesab oluna bilər”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi önəmli beynəlxalq platformadır. Bakı Qlobal Forumu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən ənənəvi olaraq hər il keçirilir. İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev XII Qlobal Forumun açılış mərasimində dərinməzmunlu çıxış edərək dünyada və regionumuzda baş verən proseslər, COP29-un uğurla baş tutması və önəmli qərarların qəbulu ilə bağlı fikirlərini ifadə etdi. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, dövlətimizin başçısı Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Cənab Prezidentin dediyi kimi, biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq. Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

Fatma Yıldırım qeyd edib ki, Forumda COP29 məsələsi də diqqət mərkəzində oldu. Tədbirin iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini yüksək qiymətləndiriblər. Cənab Prezident çıxışında vurğuladı ki, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir. Məlumdur ki, indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi də planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitinə və ekologiyasına ciddi ziyan vurur. Ona görə də, beynəlxalq ictimaiyyət bu qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir. XII Qlobal Bakı Forumunda bu reallıqlar diqqət mərkəzində oldu.

“Bütövlükdə, XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzuların müzakirə olunması böyük önəm kəsb edir. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır”,-deyə Fatma Yıldırım vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri