Icma.az
close
up
RU
Ölkəmiz regional nəqliyyat qovşağında mühüm rol oynayır Ağalar Vəliyev

Ölkəmiz regional nəqliyyat qovşağında mühüm rol oynayır Ağalar Vəliyev

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi məqamlar Azərbaycanda son illərdə sözügedən sahədə görülən işlərin hesabatı oldu. Müşavirədə qeyd olunan rəqəmlər, eyni zamanda, Azərbaycanın iqtisadi qüdrətinin nümayişidir. Belə ki, son 15 ildə təkcə Bakı şəhərində icra edilən nəqliyyat-infrastruktur layihələrinin – yeni metro stansiyalarının istifadəyə verilməsinin, körpülərin, tunellərin tikintisinin, yeni yolların salınmasının maliyyə tutumuna baxdıqda bu bir daha aydın olur”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib. 

Son illərdə görülən işlər sayəsində Azərbaycanda şəhər və rayonlararası nəqliyyat əlaqələrinin yaxşılaşdığını, müasir avtomagistralların inşa olunduğunu qeyd edən deputat deyib ki, bütün bu amillər ölkəmizin sürətli inkişafının göstəricisidir. Çünki beynəlxalq miqyasda yol infrastrukturu hər hansı bir ölkənin inkişafını göstərən əsas amillərdən biri hesab olunur. 

Bu gün ölkəmizin regional nəqliyyat qovşağı rolunu oynadığına diqqət çəkən millət vəkili bunun aparılan uzaqgörən siyasətin, göstərilən səylərin və görülən praktiki işlərin nəticəsində mümkün olduğunu qeyd edərək bildirib ki, dövlət başçısının vurğuladığı kimi,  bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. 

"Okeana çıxışı olmayan Azərbaycanın əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilməsi, ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcminin ildən-ilə artması, həmçinin Azərbaycanın qonşu və region ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasının, öz ərazisində müasir infrastrukturun yaradılmasının, eyni zamanda, dövlətimizin etibarlı tərəfdaş kimi özünü sübut etməsinin nəticəsidir. 

Hazırda Azərbaycan təhlükəsizlik, sabitlik adasıdır. Bu da ölkəmizdən keçən dəhlizlər vasitəsilə yükdaşımaların təhlükəsizliyini təmin edən amil olduğu üçün beynəlxalq tərəfdaşların öz mallarını Azərbaycan vasitəsilə göndərmələrinə marağı daha da artırır". 

Cənab Prezidentin müşavirədə Zəngəzur dəhlizi layihəsinə toxunmasını qeyd edən parlamentari bu dəhlizin yaradılmasının Azərbaycan tərəfindən irəli sürüldüyünü, artıq onun beynəlxalq aləmdə qəbul edilmiş termin olduğunu vurğulayıb və dəhlizin Şərqlə Qərb arasında yeni nəqliyyat bağlantısı olacağını, Türk dövlətləri arasında coğrafi əlaqələri təmin edəcəyini nəzərə çatdırıb. 

Həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti hazırda çox mühüm stratejı əhəmiyyət daşıyır və dünya ölkələri bu layihəni yüksək dəyərləndirir.

Dövlət başçısının müşavirədə vurğuladığı kimi: “Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi”. 

Milli Məclisin üzvü əlavə edib ki, hazırda ölkəmizdə mövcud olan beynəlxalq hava limanları Azərbaycanın daha bir üstünlüyüdür. Belə ki, bu gün ölkəmiz, eyni zamanda, hava nəqliyyatı sahəsində də böyük uğurlar əldə edib. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun rekord sayda - yeddi milyondan çox sərnişin daşıması bunun bariz nümunəsidir və aeroportda növbəti terminalın tikintisi bu rəqəmin daha da yüksəlməsinə gətirib çıxaracaq.  

“Bütün bunlarla yanaşı, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturu ilə bağlı Dövlət Proqramının qəbul olunması vətəndaşların rifahının və rahatlığının Prezident İlham Əliyevin və dövlətimizin daim diqqət mərkəzində saxlanıldığını nümayiş etdirir. Çünki yeni metro stansiyalarının, avtomobil yollarının və sairənin tikintisi sərnişinlərin mənzilbaşına daha rahat və daha tez çatmasına hesablanıb ki, bu da vətəndaş məmnunluğunu artıracaq”, - deyən Ağalar Vəliyev əminliklə bildirib ki, bütün bunlar Azərbaycanda əhalinin firavanlığını təmin etməklə bərabər, ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldəcək.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri