Icma.az
close
up
RU
Ölkəmiz sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib

Ölkəmiz sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ölkəmiz beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Respublikamızın inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında müasir çağırışlara, milli maraqlara uyğun reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın həqiqətləridir.

Qeyd edək ki, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olmasıdır. Bu, müstəsna siyasi hadisə bənzəri olmayan Zəfər salnaməsi, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Azərbaycanın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub. Müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanı regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu aktora çevrilib. Rəsmi Bakının təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb.Respublikamızın beynəlxalq təşkilatlarla uğurlu fəaliyyəti Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji mövqeyidir.

Onu da qeyd edək ki, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara cavab verməsidir. Dövlət başçısı vurğulayıb ki, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi, sosial rifahın yaxşılaşdırılması, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik mühitidir. "Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq". Bu fikirləri Prezident İlham Əliyev Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Yeri gəlmişkən, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar kontekstində ölkəmizə, eləcə də regiona böyük maraq var. Müharibə bütün postsovet məkanında diqqəti cəlb etdi, artıq bəzi dövlətlər Azərbaycanın təcrübəsini öyrənməyə çalışırlar. Bəziləri məhz Azərbaycanın regional müstəvidə yürütdüyü balanslaşdırılmış siyasəti, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsini təqdir edirlər. Region üçün perspektivlərdən bəhs edən cənab İlham Əliyev diqqəti dövrün əsas çağırışlarından olan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması məqsədilə sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara yönəltdi.Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair suallara dövlət başçısının cavabı isə çox dəqiq və konkret oldu. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması əsas legitim şərtlərdir. Bu proses geridönməz xarakter alıb və İrəvan üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yalnız bundan sonra Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilə bilər. Prezident İlham Əliyev Forumda dünya siyasi liderləri üçün də maraq doğuran dəyərli fikirlər səsləndirdi, yürütdüyü siyasətin təməl prinsiplərinin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquqa əməl etmək kimi prinsiplərini bəyan etdi. Bu uğur düsturunun əsas meyarı isə İlham Əliyevin Prezidentliyi dövründə əldə etdiyi çoxillik əvəzsiz təcrübə ilə bağlıdır. Azərbaycan qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Ölkəmizin beynəlxalq nüfuzu artır. Şuşa Qlobal Media Forumunun iştirakçılarının rəylərində də bu reallıq öz təsdiqini tapır. Belə tədbirlər ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına, həqiqətlərin olduğu kimi dəyərləndirilməsinə geniş imkanlar yaradır. Cənab İlham Əliyevin Forumun müntəzəm keçirilməsi ilə bağlı təklifi də bu məqsədə xidmət edir.

Dövlət başçımızın "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışı ətrafında aparılan müzakirələr səngimir, geniş rezonans yaradıb, beynəlxalq münasibətlər sistemində əlamətdar hadisəyə çevrilib. Tədbirlə əlaqədar qlobal sosial media məkanında bəzən hətta isterik olan şərhlər ondan xəbər verir ki, Forum öz siyasi hədəfinə, cənab Prezidentin mühüm mesajları isə öz ünvanına çatıb.Cənab İlham Əliyev ötən il andiçmə mərasimində "Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar", - deyə qətiyyətlə ifadə etmişdi. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Bu inkişaf modelinin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı dayanır. Sosial sahədə həyata keçirilən siyasət yeni mərhələdə sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr minlərlə insanın rifahının yaxşılaşması üçün yeni imkanlar açır və həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və sədrlik etməsi Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsidir. Bu gün ölkəmiz həm müstəqil siyasət yürüdən regional güc mərkəzi, həm nüfuzlu və etibarlı tərəfdaş, həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır, beynəlxalq təşkilatlara rəhbərlik, mötəbər tədbirlərə isə evsahibliyi edir. Prezident İlham Əliyevin səmərəli fəaliyyəti və yüksək təşəbbüskarlığı sayəsində Azərbaycan ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynayıb, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. Geostrateji mövqeyi sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır.Regional əməkdaşlıq və təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir. Azərbaycan regionun nadir ölkələrindəndir ki, çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdür və bu siyasət ölkəmizə regional əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni imkanlar verir. Azərbaycanın regional təhlükəsizlikdə rolu həm də onun regional layihələri inkişaf etdirmək bacarığı ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regional əməkdaşlığın inkişafını şərtləndirməklə yanaşı, təhlükəsizlik baxımından da mühüm rol oynayır. Zəngəzur dəhlizinin də çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Dəhlizin açılması regional və beynəlxalq yükdaşımalarda əsas "həlqə" statusunu qazanacaq. Azərbaycan Prezidenti dəhlizin açılması ilə bağlı istər müharibənin gedişi zamanı, istərsə də ondan sonra rəsmi Bakının bu sahədə istənilən əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan etmişdir. Nəzərdə tutulan kommunikasiyalar açılandan sonra Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi barədə istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb və ərəb dövlətlərinin, həmçinin və Çin KİV-lərində çoxsaylı yazılar dərc olunur. Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətini Prezident İlham Əliyev hələ 16 il bundan öncə, 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. O bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyəti ondan ibarətdir ki, Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni alternativi təmsil edir. Bu alternativ malların Çindən Türkiyənin şərq əyalətlərinə, oradan isə Aralıq dənizi və ya İstanbul Boğazı vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur. Əslində bu yenilik həm Türkiyə, həm də Çinin diversifikasiya strategiyalarına uyğundur. Beləliklə, yaxın gələcəkdə Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası fonunda Avropa və Asiya qitələri arasında mühüm ticarət marşrutuna çevrilmək potensialına malikdir.

Azərbaycan Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşıdır. Həm region, həm də bütövlükdə dünya dövlətləri ilə Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri dünya miqyasında örnəkdir. Azərbaycan dövlətlərarası münasibətlərin inkişaf etidirilməsi üçün hər zaman təşəbbüslər irəli sürən ölkədir. Ölkəmizin təşəbbüsü, birbaşa iştirakı ilə bir neçə əməkdaşlıq platforması qurulub, hazırda fəaliyyət göstərir. Regional səviyyədə götürsək, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran əməkdaşlıq platformaları kifayət qədər səmərəli fəaliyyət göstərir. Ölkəmizin ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Daha bir mühüm amil - D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olması Azərbaycanın nüfuzunu artırır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.Dövlətimiz tarix baxımından qısa müddət ərzində iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb.

Ən əsası, Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.

Süleyman Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see227

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see220

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see111

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri