Icma.az
close
up
RU
Ölkəmiz strateji mövqelərini gücləndirir

Ölkəmiz strateji mövqelərini gücləndirir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısı keçirildi. Qeyd edək ki, gündəlikdə nəqliyyat və logistika, ticarət, iqtisadiyyat, rəqəmsal transformasiya, texnologiyalar, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın inkişafı məsələləri yer alıb. Yeri gəlmişkən, Şuşada keçirilən qeyri-rəsmi zirvə toplantısı zamanı qəbul olunmuş Qarabağ Bəyannaməsində logistikanın möhkəmləndirilməsi, dayanıqlı inkişaf və iqlim gündəliyinin önə çəkilməsi vurğulanmışdı. Budapeştdə keçirilən analoji görüşdə də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunmuşdu. Qəbələdəki zirvə görüşündə də nəqliyyat məsələləri əsas müzakirə mövzularından biridir. Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə bildirmişdi ki, sözügedən sammit çərçivəsində nəqliyyat inteqrasiyası, gömrük prosedurlarının unifikasiyası və "yaşıl enerji" sahəsində maliyyələşmənin inkişafı üzrə istiqamətlər müəyyən olunacaq.

Qeyd edək ki, sammit zamanı Azərbaycanın təşkilatın inkişafında strateji rolu və Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Nəqliyyat əməkdaşlığının inkişafı kontekstində multimodal dəhliz layihələrinin inkişafı, tranzit maneələrinin azaldılması və "sadələşdirilmiş gömrük dəhlizlərinin" yaradılması kimi məsələlər də gündəmdə yer alıb. İqtisadi əməkdaşlığın inkişafı istiqamətində isə sərhədlərarası layihələrin maliyyələşdirilməsi üçün işçi alətlərin yaradılması, Türk İnvestisiya Fondunun inkişafı, maliyyə koordinasiyası mexanizmlərinin işlənməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi kimi məsələlər müzakirə predmeti olub. Təhlükəsizlik məsələləri, xüsusən də regional təhlükəsizliyin təmin edilməsi, terrorizm və transmilli cinayətkarlıqla mübarizə, kibertəhdidlər və mövcud geosiyasi vəziyyətin müzakirəsi də gündəlikdə yer alır. Bununla yanaşı, rəqəmsal transformasiya - "ağıllı şəhər"lər, rəqəmsal idarəetmə, İT-həllərin mübadiləsi və "yaşıl gündəlik" kimi istiqamətlər də diqqət mərkəzindədir. Ümumilikdə, sammit türk dünyasında dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, siyasi, iqtisadi və mədəni təşəbbüslərin irəlilədilməsinə töhfə verəcək. Tədbirdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etməsi üzv və müşahidəçi ölkələrin əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bir daha göstərir. Sammit həm də regional çağırışların müzakirəsi və strateji tərəfdaşlıqların gücləndirilməsi üçün platforma olacaq.
2024-cü ildə Bişkekdə keçirilən əvvəlki sammitdən sonra Türk Dövlətləri Təşkilatı bir sıra istiqamətlərdə irəliləyiş əldə edib. İqtisadi inteqrasiya, rəqəmsal əməkdaşlıq və təhlükəsizlik sahələrində əsas təşəbbüslər təsdiqlənib, gömrük prosedurlarının sadələşdirilməsi, nəqliyyat dəhlizlərinin və rəqəmsal kooperasiyanın inkişafı üzrə proqramlar işə salınıb. 2022-ci ildə Səmərqənddə təməli qoyulmuş Türk İnvestisiya Fondu artıq birgə layihələrin maliyyələşdirilməsi alətinə çevrilməkdədir, eyni zamanda iştirakçı ölkələrin mərkəzi bankları arasında koordinasiya tədbirləri müzakirə olunur. Qeyd edək ki, ötən il Şuşada keçirilən sammitdə Qarabağ Bəyannaməsinin imzalanması, həmçinin bu il Budapeştdə baş tutan qeyri-rəsmi görüş üzv ölkələrdən kənar dialoqun genişlənməsi meylini nümayiş etdirdi. 2025-ci ilin sentyabrında Bişkekdə TDT ölkələrinin hökumət başçılarının ilk görüşü keçirildi. Bundan başqa, təşkilat nümayəndələri standartların qarşılıqlı tanınması, viza rejimlərinin sadələşdirilməsi və akademik mübadilənin inkişafı üzərində çalışırlar. Bu proseslər mürəkkəbdir və müvafiq qurumlar səviyyəsində əlavə razılaşdırmalar tələb edir. Ölkəmiz həm üzv dövlətlərlə, həm də müşahidəçi ölkələrlə münasibətləri inkişaf etdirir. Məsələn, 2021-ci ildən etibarən Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə, 2024-cü ildən isə Azərbaycan və Özbəkistan arasında müttəfiqlik haqqında saziş qüvvədədir.
Türk Dövlətləri Təşkilatı formatı vasitəsilə Azərbaycan nəqliyyat, energetika və təhlükəsizlik sahələrində əsas təşəbbüsləri irəli sürərək strateji mövqelərini gücləndirir.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri