Icma.az
close
up
RU
Ölkəmizdə məşhur preparat satışdan ÇIXARILIR Xəstələrə vacib XƏBƏR KONKRET

Ölkəmizdə məşhur preparat satışdan ÇIXARILIR Xəstələrə vacib XƏBƏR KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan Pascorbin 7.5 g/50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.

KONKRET.az medicina.az-a istinadla xəbər verir ki, Pascorbin-in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı il tarixində başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti olaraq mümkün olmayacaq.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.

Pascorbin 7.5 g/50ml hansı hallarda istifadə olunur?

Mütəxəssislərin sözlərinə görə, yüksək dozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:
* Onkoloji xəstələrdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə
* İmmunitet zəifliyi olan şəxslərdə
* İnfeksion və virus xəstəliklərində, dəstəkləyici müalicə kimi
* Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə
* Bərpa və reabilitasiya dövründə

COVID-19 dövrü ilə bağlı qeyd

COVID-19 pandemiyası dövründə yüksək dozalı C vitamini preparatları bir çox ölkələrdə və klinik praktikada dəstəkləyici müalicə yanaşmaları çərçivəsində istifadə olunmuşdur.

Bir çox pasiyentlər bu preparatı həmin dövrdən etibarən daha yaxşı tanımış və onu immunitet dəstəyi ilə əlaqələndirmişdir. Bu da preparata olan marağın və istifadə sahəsinin genişlənməsinə səbəb olmuşdur.

Xəstələr üçün tövsiyə

Mütəxəssislər vurğulayır ki, bu tip müalicələri planlaşdıran şəxslər üçün vaxt faktoru mühüm rol oynayır.

Əgər yüksək dozalı C vitamini ilə müalicə nəzərdə tutulubsa, bunu təxirə salmamaq və əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur.

Vacib xəbərdarlıq
Bu preparat:

– yalnız həkim nəzarəti ilə
– fərdi tibbi qiymətləndirmə əsasında istifadə olunmalıdır.

Özbaşına istifadə tövsiyə edilmir.

Yüksək dozalı C vitamini preparatlarının ölkədə müvəqqəti əlçatanlıq məhdudiyyəti ilə əlaqədar olaraq, müalicəni planlaşdıran xəstələrin bu faktoru nəzərə alması və qərarlarını vaxtında verməsi tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 May 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri