Icma.az
close
up
RU
Ölkəmizdə yol nişanları və sürət həddi dəyişdirilə bilər? AÇIQLAMA

Ölkəmizdə yol nişanları və sürət həddi dəyişdirilə bilər? AÇIQLAMA

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə sürət həddinin və bəzi yol nişanlarının dəyişdirilməsi qəzaların qarşısını almaq üçün yeni mərhələ kimi qiymətləndirilir. Məqsəd qəza riskini azaltmaq və hərəkət təhlükəsizliyini təmin etməkdir. Azərbaycanda da yol qəzalarının statistikasına nəzər saldıqda, oxşar islahatlara ehtiyacın olduğu görünür.

Bəs bizdə hansı addımlar atıla bilər? Sürət hədlərinin yenilənməsi, yol nişanlarının daha da aydınlaşdırılması ölkədə təhlükəsizliyi artırmaq üçün real çıxış yolları ola bilərmi?

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bizim.Media"nın suallarını cavablandıran nəqliyyat ekperti Eldəniz Cəfərov bildirdi ki, Azərbaycanda yol infrastrukturuna yenidən baxış keçirilməli, qəza ocaqları aradan qaldırılmalıdır:

“Xəbərdaredici müəyyən nişanlar quraşdırılmalıdır və yol hərəkəti iştirakçılarının həyatına risk yaradan maneələr götürülməlidir. Hazırda bir qədər ləng olsa da proses gedir. Müvafiq qurumlar bu prosesi sürətləndirməlidirlər”.

Qəza səbəbləri ciddi şəkildə araşdırılmır

Ekspert Elməddin Muradlı isə qeyd etdi ki, bəzən bir nöqtədə dəfələrlə qəzalar baş verir, insanlar ölür amma qəza səbəbi ciddi şəkildə araşdırılmır, qarşısını almaq üçün hansısa addımlar atılmır, atılanda da gec olur. 

“Belə təhlükələr hələ də yollarda qalmaqdadır. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə bu problemlər var. Qardaş Türkiyə illərdir “trafik canavarı” ilə mübarizə aparır, sərt qərarlar verir. Bu son qərar da təqdir olunası addımdır. Belə nümunələri götürüb ölkəmizdə tətbiq etmək olar. Amma səmimi şəkildə deyim ki, Türkiyədə sürücülərin davranışlarırna baxanda bizim sürücülər xeyli irəli gediblər. Piyadaya yol vermək, təhlükəsizlik kəməri taxmaq, yol hərəkəti qaydalarına diqqətli olmaq, mobil telefondan istifadə baxımından bizdə xeyli müsbət nəticələr var”. 

Ekspert diqqətə çatdırdı ki, dünya üzrə ümumi qaydalar var, beynəlxalq konvensiya və Avropa İqtisadi Komissiyasının qərarları mövcuddur. Azərbaycan da bu konvensiyaya qoşulub və ona uyğun hərəkət edir. Lakin hər bir ölkənin təhlükəsizlik məsələlərinə diqqətlə yanaşması təqdirəlayiq haldır.

“Burada nişanları, sürət həddini dəyişmək, hansısa qaydalardan çıxmaq deyil, bu sadəcə ölkənin öz daxili işidir. Yolun hərəkət ötürücülüyünə, təhlükəsizliyinə uyğun olaraq sürət həddi müəyyənləşdirmək, yol işarələri qoymaq, nişanlama xətləri çəkmək mümkündür. Azərbaycanda da bu təbii ki, Türkiyə nümunəsi reallaşa bilər. Sadəcə dəqiqliklə analiz etmək lazımdır ki, hansı yollar qəza riski yüksək, təhlükəli olanlardır. Bunları müəyyənləşdirdikdən sonra ona uyğun qarşısı alınması istiqamətində addımlar atılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri